Bu gün futbol üzrə Azərbaycan İkinci Liqasında 2024/2025-ci illər mövsümünün 21-ci turunun oyunlarına yekun vurulub.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə üç qarşılaşma baş tutub.
Beş qolun qeydə alındığı “Füzuli” – “Ağdaş” oyununda meydan sahibləri qələbə qazanıblar. Səfərdə “Araz Saatlı” ilə qarşılaşan “Şimal” darmadağına sevinib. “Şəmkir” isə Tovuzda qəbul etdiyi “Kür-Araz”ı 6 cavabsız qolla məğlub edib.
İkinci Liqa
21-ci tur
15 aprel
“Göygöl” – “Şahdağ Qusar” 0:2
Qollar: Vüsal Hüseynov, 11. Rahid Əmirquliyev, 82-pen.
Hakimlər: Ruslan Quliyev, Səbuhi Soltanov, Səbuhi Əmrahov, Namiq Bəkirov.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Göygöl Olimpiya İdman Kompleksinin stadionu. 16:30.
“Hypers Quba” – “Şəfa” 1:5
Qollar: Cavid İmamverdiyev, 76-pen. – Amil Yunanov, 32; 51; 63. Elnur Cəfərov, 73. Samir Ağayev, 88.
Hakimlər: Əli Əliyev, Kərim Zeynalov, Rəhman Aslanov, Nəriman Ağayev.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Azər Əsgərov.
Quba Olimpiya İdman Kompleksinin stadionu. 16:30.
“Şəki Siti” – “Qusar” 0:1
Qol: Əlibəy Məmmədli, 61.
Hakimlər: Murad Səlimov, Aydın Baxşıyev, Elmin Süleymanov, Kamil Aydınov.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Şəki şəhər stadionu. 16:30.
“Lerik” – “Dinamo” 1:2
Qollar: Valid Yusubzadə, 90+5 – Sadiq Hüseynli, 75. Şahin Əliyev, 84-pen.
Hakimlər: Emin Əliyev, Orxan İbişov, Ruslan Məmmədov, Maqsud Şamıyev.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Elman Musayev.
Lənkəran Olimpiya İdman Kompleksinin stadionu. 16:30.
16 aprel
“Füzuli” – “Ağdaş” 3:2
Qollar: Elgün Abbaslı, 60-pen; 78-pen. Əli Əliyev, 90+5 – Elçin Süleymanov, 42. Taleh Yusifli, 90+4.
Hakimlər: İslam Məmmədov, Mirnihad Seyidov, Ruslan Babayev, Rəsul Babayev.
Hakim-inspektor: Gülağa Cabbarov.
AFFA nümayəndəsi: Yavər Rəhimov.
Şamaxı Olimpiya İdman Kompleksinin stadionu. 16:30.
“Araz Saatlı” – “Şimal” 1:4
Qollar: Elnur Səmədov, 28-pen – Pərviz Azadov, 4. Tofiq Nəsibov, 38. Valeh Əzizli, 40-öz qapısına. Ceyhun Kəlbəliyev, 44.
Hakimlər: Vüqar Həsənli, Qəzənfər Məmmədov, Taleh Məmmədov, Nazim Abdullayev.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Nəriman Axundov.
Saatlı Olimpiya İdman Kompleksinin stadionu. 16:30.
“Şəmkir” – “Kür-Araz” 6:0
Qollar: Vidadi Cəfərov, 12-pen; 33; 54; 90. Ceyhun Rəcəbli, 29. Ümid Nağdalıyev, 45+1.
Hakimlər: Rövşən Rəcəbov, Samir Qaracayev, Zakir Şükürzadə, Səbuhi Bayramov.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Asif Əliyev.
Tovuz şəhər stadionu. 18:00.



