İkinci Liqa: “Şəmkir”lə “Lerik” səfərdə uduzdular

Bu gün futbol üzrə Azərbaycan İkinci Liqasında 2024/2025-ci illər mövsümünün 22-ci turunun oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə üç qarşılaşma baş tutub.

Altı qolun qeydə alındığı “Kür-Araz” – “Lerik” oyununda meydan sahibləri inamlı qələbəyə seviniblər. “Şimal” isə “Şəmkir”i tək qolla yenib. Üç qolluq “Araz Saatlı” – “Füzuli” matçında da qonaqlar qələbə qazanıblar.

İkinci Liqa
22-ci tur

22 aprel

“Qusar” – “Hypers Quba” 2:4
Qollar: Şaiq Vəlizadə, 51. Əlibəy Məmmədli, 66 – Cavid İmamverdiyev, 24-pen. Ruslan Qurbanov, 58; 78. Ağabəkir Həşimli, 62.
Hakimlər: Rövşən Rəcəbov, Mirnihad Seyidov, Rasim Axundov, Kamil Aydınov.
Hakim-inspektor: Gülağa Cabbarov.
AFFA nümayəndəsi: Mahal Məmmədov.
“Neftçi” Futbol Mərkəızi (4-cü meydança), 14:00.

“Dinamo” – “Şəki Siti” 1:1
Qollar: Əlisa İsayev, 71-pen. – Əli Tağızadə, 8.
Hakimlər: Əkbər Əhmədov, Vüqar Bayramov, Rəhman Aslanov, Səbuhi Bayramov.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Zümrüd Ağayeva.
Binə qəsəbə stadionu, 16:00.

“Şəfa” – “Göygöl” 6:0
Qollar: Elməddin Hüseynzadə, 9; 55. Elvin Nəsibov, 22; 35. Comərd Baxşəliyev, 68. Elnur Cəfərov, 77.
Hakimlər: Alik Yunusov, Asif Abdullayev, Sevda Nuriyeva, Nəriman Ağayev.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Elçin Məmmədov.
Bakı. “ASK Arena”, 17:00.

“Şahdağ Qusar” – “Ağdaş” 3:1
Qollar: Famil Camalov, 45+1; 59. Emin Quliyev, 88 – Elvin İsmayılov, 54.
Hakimlər: Nazim Abdullayev, Sənan Atayev, Ruslan Məmmədov, Emin Əliyev.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
Şamaxı Olimpiya İdman Kompleksinin stadionu, 17:00.

23 aprel

“Araz Saatlı” – “Füzuli” 1:2
Qollar: Elariz Xəlilli, 40 – Kənan Məmmədov, 42. Elgün Abbaslı, 49.
Hakimlər: Kamranbəy Rəhimov, Tərlan Talıbzadə, Rizvan Süleymanov, Mahmud Bağırzadə.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Saatlı Olimpiya İdman Kompleksinin stadionu, 17:00.

“Şimal” – “Şəmkir” 1:0
Qol: Tofiq Nəsibov, 33.
Hakimlər: Əli Əliyev, Samir Qaracayev, Gülnurə Əkbərzadə, Sənan Bayramzadə.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Yavər Rəhimov.
Siyəzən şəhər stadionu, 17:00.

“Kür-Araz” – “Lerik” 4:2
Qollar: Elxan Məmmədov, 13-pen; 30. Bayram Əliyev, 26; 60 – Zaur Nuruzadə, 53-pen. Rəvan Quluzadə, 56.
Hakimlər: Kamran Əliyev, Nurlan Əhmədzadə, Orxan İbişov, Şamil İmanzadə.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Anar Şıxəliyev.
Heydər Əliyev adına İmişli şəhər stadionu, 17:00.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: