Futbol üzrə Azərbaycan İkinci Liqasında bu gün 2024/2025-ci illər mövsümünün 2-ci turunun oyunlarına start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə 4 qarşılaşma baş tutub.
Üç qolun qeydə alındığı “Lerik” – “Şəki Siti” matçında cənub təmsilçisi qələbə qazanıb. “Şəmkir” beş qolluq “Hypers Quba” ilə ev oyununda məğlubiyyətə uğrayıb. “Şimal” isə “Ağdaş”ı 8 cavabsız qolla məğlub yola salıb.
Dörd qolun qeydə alındığı “Füzuli” – “Qusar” matçında qalib müəyyənləşməyib.
Turun qalan görüşləri sabah – sentyabrın 9-da baş tutacaq.
İkinci Liqa
2-ci tur
8 sentyabr
“Lerik” – “Şəki Siti” 2:1
Qollar: Mirvaleh Hüseynov, 33. Elvin Cahangirli, 35 – Asim Quliyev, 50.
Hakimlər: İslam Məmmədov, Aydın Bəxşiyev, Elmin Süleymanov, Emin Abdullayev.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Kifayət Mustafayeva.
Lənkəran Olimpiya İdman Kompleksinin stadionu, 16:30.
“Füzuli” – “Qusar” 2:2
Qollar: Murad Mehdiyev, 17. Sabir Allahquliyev, 56 – Viqar Əlibabayev, 23-pen. Tərlan Salmanov, 77.
Hakimlər: Ruslan Quliyev, Qəzənfər Məmmədov, Taleh Məmmədov, Sərxan İsmayılov.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Mahal Məmmədov.
Şamaxı Olimpiya İdman Kompleksinin stadionu, 16:30.
“Şimal” – “Ağdaş” 8:0
Qollar: Pərviz Azadov, 19; 53. Ceyhun Kəlbəliyev, 31; 43; 45+1. İbrahim İmamhüseynov, 73. Qeybulla Kaçayev, 80. Şahlar Sədiyev, 88.
Hakimlər: Rövşən Rəcəbov, Nurlan Əhmədzadə, Gülnurə Əkbərzadə, Sənan Bayramzadə.
Hakim-inspektor: Gülağa Cabarov.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
Siyəzən şəhər stadionu, 16:30.
“Şəmkir” – “Hypers Quba” 2:3
Qollar: Vidadi Cəfərov, 61-pen; 78-pen – Ravil Yusifli, 25; 89. Cavid İmamverdiyev, 52.
Hakimlər: Səbuhi Bayramov, Sənan Atayev, Rasim Axundov, Niyaz Əhmədov.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Elman Musayev.
Şəmkir Olimpiya İdman Kompleksinin stadionu, 17:00.
9 sentyabr
“Dinamo” – “Şəfa”
Hakimlər: Namiq Bəkirov, Səbuhi Əmrahov, Səbuhi Soltanov, Maqsud Şamıyev.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Elçin Mehdiyev.
“Neftçi Futbol Mərkəzi” (4-cü meydança), 15:00.
“Saatlı-Araz” – “Göygöl”
Hakimlər: Vüqar Həsənli, Mirnihat Seyidov, Asif Abdullayev, Rəsul Babayev.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
Şirvan Olimpiya İdman Kompleksinin stadionu, 17:00.
“Kür-Araz” – “Şahdağ Qusar”
Hakimlər: Murad Səlimov, Orxan İbişov, Zakir Şükürzadə, Nazim Abdullayev.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Saatlı Olimpiya İdman Kompleksinin stadionu, 17:00.


