İkinci Liqada 2023/2024 mövsümünə yekun vuruldu

Bu gün futbol üzrə Azərbaycan çempionatının İkinci Liqasında 2023/2024 mövsümünün sonuncu – 26-cı turuna yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma baş tutub.

Çempionluğu ötən tur təmin etmiş “Bakı Sportinq” səfərdə “Şəfa”nı böyük hesabla məğlub edib. “Kür-Araz” – “Şəmkir” matçında isə qapılara qol vurulmayıb.

İkinci Liqa
26-cı tur
20 may

“Qusar” – “Lerik” 3:3
Qollar: Vüqar Əşrəfli, 33; 90+3. Kazbək Qafarov, 60 – Kamran Abdullazadə, 49. Rəvan Quluzadə, 57. Mirabbas Qədirli, 64.
Hakimlər: Nicat İsmayıllı, Səfalı Ağayev, Əlibəy Rəhimov, Cəsarət Vahidov.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Elman Musayev.
“Sumqayıt Arena” (ehtiyat meydança), 15:00.

“Kürmük Qax” – “Göygöl” 4:3
Qollar: Cavidan Ömərli, 13. Fuad Osmanlı, 16. Revazi Otaraşvili, 62. Vüqar Məmmədli, 66 – Elcan Rəhimov, 21; 42. Ülvi Cəlilov, 24.
Hakimlər: Namiq Bəkirov, Ruslan Quliyev, Səbuhi Soltanov, Rüfət Əhmədov.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Yavər Rəhimov.
Qax OİK stadionu, 16:00.

“Dinamo” – “Şəki Siti” 5:1
Qollar: Əli Məmmədli, 53. Valeh Seyidov, 59; 78. Əkbər Səfərzadə, 65; 82 – Yusif Dilanov, 27.
Hakimlər: Maqsud Şamıyev, Vüqar Bayramov, Orxan İbişov, Fəridə Lütfəliyeva.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
Binə qəsəbə stadionu, 16:00.

“Şahdağ Qusar” – “Ağdaş” 5:0
Qollar: Rahid Əmirquliyev, 35. Famil Camalov, 53; 81. Tural Qurbatov, 58; 60.
Hakimlər: Fərid Hacıyev, Ruslan Babayev, Elman Kərimov, Rəsul Babayev.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Namiq Əliyev.
Şamaxı OİK stadionu, 17:30.

“Cəbrayıl” – “Füzuli” 2:1
Qollar: Ruslan Voronsov, 74; 90+8 – Emin Quliyev, 37.
Hakimlər: Əli Əliyev, Şirmamed Mamedov, Zöhrab Abasov, Murad Səlimov.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Bakı. “ASK Arena”, 17:30.

21 may

“Kür-Araz” – “Şəmkir” 0:0
Hakimlər: Nazim Abdullayev, Əhməd Əhmədsoy, Aydın Bəxşiyev, Şamil İmanzadə.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Nəriman Axundov.
Heydər Əliyev adına İmişli şəhər stadionu, 16:00.

“Şəfa” – “Baku Sportinq” 0:4
Qollar: Elgün Abbaslı, 16; 23. Röyal Nəcəfov, 35. Ülvi Quliyev, 90+2.
Hakimlər: Alik Yunusov, Anar Bədəlov, Rəşad Quliyev, Mahmud Bağırzadə.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.
Binə qəsəbə stadionu, 16:00.

Xəbəri sosial şəbəkələrdə paylaş: