Bu gün futbol üzrə Azərbaycan İkinci Liqasında 2023/2024 mövsümünün 14-cü turunun sonuncu oyunları keçirilib.
Arena.az xəbər verir ki, son gündə iki qarşılaşma baş tutub.
Səkkiz qolun qeydə alındığı “Lerik” – “Dinamo” matçında qalib müəyyənləşməyib. “Şəki Siti” isə “Şəfa” ilə ev oyununda darmadağına sevinib.
Bununla da İkinci Liqada mövsümün ilk dövrəsinə yekun vurulub və komandalar qış fasiləsinə çıxıblar. “Baku Sportinq” qış çempionu olub. Bu komanda 37 xalla əsas izləyicilərini xeyli qabaqlayıb. “Şahdağ Qusar” 30 xalla ikinci, eyni xala malik “Cəbrayıl” üçüncü olub.
İkinci Liqa
14-cü tur
11 dekabr
“Kürmük Qax” – “Şahdağ Qusar” 1:6
Qollar: Vüqar Məmmədli, 66-pen – Salman Atluxanov, 10. Tural Qurbatov, 51-pen; 53; 57; 74; 90+2.
Hakimlər: Mahmud Bağırzadə, Rasim Axundov, Tərlan Talıbzadə, Rəsul Babayev.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Qax OİK stadionu, 14:00.
“Göygöl” – “Cəbrayıl” 2:1
Qollar: Ülvi Cəlilov, 6. Ziyabil Məmmədov, 90+2 – Tapdıq Əhmədov, 65.
Hakimlər: Əli Əliyev, Asif Abdullayev, Samir Qaracayev, Kamil Aydınov.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Kifayət Mustafayeva.
Göygöl OİK stadionu, 14:00.
13 dekabr
“Füzuli” – “Kür-Araz” 2:1
Qollar: Süleyman Piriyev, 57. Elnur Səmədov, 61 – Rüfət Rəhimzadə, 45+1.
Hakimlər: Kamran Əliyev, Zöhrab Abbasov, Sənan Atayev, Alik Yunusov.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.
Bakı. “ASK Arena”, 13:00.
“Şəmkir” – “Qusar” 0:1
Qol: Nicat Muxtarov, 58.
Hakimlər: Namiq Bəkirov, Taleh Məmmədov, Qəzənfər Məmmədov, Sərxan İsmayılov.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Azər Əsgərov.
Şəmkir OİK stadionu, 14:00.
14 dekabr
“Baku Sportinq” – “Ağdaş” 4:1
Qollar: Ülvi Quliyev, 3; 38. Elməddin Hüseynzadə, 30. Aqşin Paşayev, 87 – Zamiq Abubəkirov, 49.
Hakimlər: Şamil İmanzadə, Kərim Zeynalov, Orxan İbişov, Nazim Abdullayev.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Binə qəsəbə stadionu, 14:00.
15 dekabr
“Lerik” – “Dinamo” 4:4
Qollar: Vusal Nuriyev, 10; 58. Valid Yusubzadə, 45+2; 90 – Elmin Əskərli, 4. Ziya Məmmədli, 25. Şahin Əliyev, 27; 47.
Hakimlər: Elvin Bayramov, Aydın Baxşıyev, Mirnihad Seyidov, Rövşən Rəcəbov.
Hakim-inspektor: Gülağa Cabbarov.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Lənkəran OİK stadionu, 14:00.
“Şəki Siti” – “Şəfa” 5:0
Qollar: Ravil Yusifli, 10; 68. Osman Soltanov, 45. Ceyhun Rəcəbli, 77. Süleyman Rauflu, 83-pen.
Hakimlər: Murad Səlimov, Elman Kərimov, Ağadur Mahmudov, Səbuhi Bayramov.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Yavər Rəhimov.
Şəki şəhər stadionu, 14:00.



