İkinci Liqaya vəsiqə uğrunda ilk pley-off görüşü keçirildi

Futbol üzrə Azərbaycan İkinci Liqasını 13-cü sırada başa vuran “Şəfa” klubu Region Liqasının ikincisi “Hypers” klubu ilə üz-üzə gəlib.

Arena.az xəbər verir ki, 2024/2025 mövsümündə İkinci Liqada mübarizə aparmaq uğrunda pley-off mərhələsinin ilk görüşü “Bayıl Arena”da baş tutub.

Qarşılaşma “Hypers” kollektivinin 2:0 hesabı ilə qələbəsi ilə yekunlaşıb. Tərəflər arasında cavab görüşü iyunun 5-də gerçəkləşəcək.

İki oyunun nəticəsinə əsasən qələbə qazanan tərəf növbəti mövsüm Azərbaycan İkinci Liqasında çıxış etmək hüququ qazanacaq.

İkinci Liqaya vəsiqə uğrunda ilk pley-off oyunu
29 may

“Şəfa” – “Hypers” 0:2
Qollar: Anar Ağayev, 64. Məhəmməd Alıyev, 68.
Hakimlər: Kamal Umudlu, Müslüm Əliyev, Zöhrab Abbasov, Elvin Bayramov.
VAR: Rauf Allahverdiyev.
AVAR: Kamran Bayramov.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Seymur Səlimli.
“Bayıl Arena”, 17:00.

Şəfa: 22. Uğur İbrahimov, 23. Nicat Abbasov, 99. Əli Əliyev (k), 10. İlkin Mikayılov, 30. Emil Məmmədov, 44. Ramiz Qasımov, 8. Fərid İslamzadə, 4. Loğman Əliyev, 66. Fuad Cahangirli, 2. Əhməd Babayev, 17. Rəhim Nağıyev.
Ehtiyat oyunçular: 1. Fərrux Əzizov, 77. Nəbi Nəbizadə, 19. Elgün Məhərrəmov, 9. Murad Mehdiyev, 11. Cavanşir Tahirov, 5. Emin Məhərrəmli.
Baş məşqçi: Elşad Məmmədov.

Hypers: 12. Seymur Bəydəmirov, 22. Anar Ağayev, 10. Məhəmməd Alıyev, 6. Rəhim Cəfərov, 17. Nahid Mehrəliyev, 88. Kənan Məmmədov, 8. Hüseyn Mənəfli, 71.Vüqar Nadirov (k), 44. Ruslan Poladov, 5. Ramil Əhmədov, 50. Vurğun Həsənzadə.
Ehtiyat oyunçular: 1. Məhərrəm Məmmədli, 77. Şamil Həsənov, 4. Kamran İsmayılov, 16. Sirac Məmmədli, 20. Bayram Nurizadə, 7. Zaur Əliyev, 14. İlqar Ələkbərov, 30. Mirzə Əmirov.
Baş məşqçi: Fərid Əliyev.

Xəbəri sosial şəbəkələrdə paylaş: