İkinci Liqaya vəsiqə uğrunda ilk pley-off matçı Umudluya tapşırıldı

“Şəfa” və “Hypers” komandaları arasında keçiriləcək futbol üzrə İkinci Liqaya vəsiqə uğrunda ilk pley-off oyununun təyinatları bəlli olub.

Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.

Bu matçı FIFA referisi Kamal Umudlu idarə edəcək.

İkinci Liqaya vəsiqə uğrunda ilk pley-off oyunu
29 may

“Şəfa” – “Hypers”
Hakimlər: Kamal Umudlu, Müslüm Əliyev, Zöhrab Abbasov, Elvin Bayramov.
VAR: Rauf Allahverdiyev.
AVAR: Kamran Bayramov.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Seymur Səlimli.
“Bayıl Arena”, 17:00.

Xəbəri sosial şəbəkələrdə paylaş: