“Mançester Siti”nin və Almaniya yığmasının türkəsilli yarımmüdafiəçisi İlkay Gündoğan gələcək karyerası ilə bağlı suala aydınlıq gətirib.
Arena.az bu barədə məşhur italyan jurnalist-insayder Fabrisio Romanoya istinadən xəbər verir.
Mənbədən alınmış məlumata görə təcrübəli futbolçu bu xüsusda fikrini qısa ifadə edib:
“Mənim gələcəyim? Mən hələ yekun qərar qəbul etməmişəm”.
32 yaşlı yarımmüdafiəçinin “Mançester Siti” ilə müqaviləsi 2023-cü ilin iyun ayının sonuna qədər qüvvədədir.
Xatırladaq ki, İlkay “Barselona” və PSJ-nin maraq dairəsindədir.
Geridə qalmış mövsüm ərzində İlkay Gündoğan “şəhərlilər”in heyətində 51 oyunda meydana çıxaraq 11 qol vurub, 7 məhsuldar ötürmə ilə fərqlənib. Gündoğan mövsümü “trebl”lə başa vurub: Premyer Liqanı, İngiltərə Federasiya Kubokunu və UEFA Çempionlar Liqasını qazanıb.
“Transfermarkt” internet-portalı Gündoğanı 25 milyon avro məbləğində qiymətləndirir.


