İngiltərə evdə uduzdu, İtaliya büdrədi – UEFA Millətlər Liqasında

Bu gün futbol üzrə UEFA Millətlər Liqasında 2024/2025-ci illər mövsümünün qrup mərhələsinin 3-cü turuna start verilib.

Arena.az xəbər verir ki, turun ilk günündə A, B, C və D Liqaları çərçivəsində 10 matç baş tutub.

Ümumilikdə 6 qrupda 1-ci dövrəyə yekun vurulub. Günün mərkəzi qarşılaşması A Liqasında İtaliya ilə Belçika yığmaları arasında baş tutub. Dörd qolun qeydə alındığı bu oyunda qalib müəyyənləşməyib. A Liqasındakı digər oyunda Fransa yığması səfərdə İsrail üzərində darmadağına sevinib.

B Liqasında mübarizə aparan İngiltərə yığması Yunanıstanla ev oyunundan məğlubiyyətlə ayrılıb. Avstriya və Norveç yığmaları isə ev oyunlarında darmadağına seviniblər.

UEFA Millətlər Liqasında qrup mərhələsinin ilk dövrəsinə oktyabrın 12-də yekun vurulacaq. Azərbaycan milli komandası bu turda Estoniya yığmasının qonağı olacaq. Estoniya – Azərbaycan qarşılaşması oktyabrın 11-də, Bakı vaxtı ilə saat 20:00-da “Lilleküla” stadionunda keçiriləcək.

UEFA Millətlər Liqası
Qrup mərhələsi, 3-cü tur
10 oktyabr

A Liqası, 2-ci qrup

İsrail – Fransa 1:4
Qollar: Qandelman, 24 – Kamavinqa, 7. Nkunku, 28. Genduzi, 87. Barkola, 89.

İtaliya – Belçika 2:2
Qollar: Kambyazo, 1. Reteqi, 24 – De Kuyper, 42. Trossard, 61.

Xallar: İtaliya – 7. Fransa – 6. Belçika – 4. İsrail – 0.

B Liqası, 2-ci qrup

Finlandiya – İrlandiya 1:2
Qollar: Pohyanpalo, 17 – Skales, 57. Bradi, 88.

İngiltərə – Yunanıstan 1:2
Qollar: Bellingem, 87 – Pavlidis, 49; 90+4.

Xallar: Yunanıstan – 9. İngiltərə – 6. İrlandiya – 3. Finlandiya – 0.

B Liqası, 3-cü qrup

Avstriya – Qazaxıstan 4:0
Qollar: Baumqartner, 10. Linhart, 53. Zabitser, 56. Zeydl, 79.

Norveç – Sloveniya 3:0
Qollar: Haland, 7; 62. Sörlot, 52.

Xallar: Norveç – 7. Avstriya – 4. Sloveniya – 4. Qazaxıstan – 1.

C Liqası, 4-cü qrup

Latviya – Şimali Makedoniya 0:3
Qollar: Atanasov, 35. Qamili, 70. Elmas, 90+3.

Farer adaları – Ermənistan 2:2
Qollar: Benyaminsen, 37. Byartalid, 85 – Zelarayan, 44. Manvelyan, 90+3.

Xallar: Şimali Makedoniya – 7. Ermənistan – 4. Latviya – 3. Farer adaları – 2.

D Liqası, 1-ci qrup

Cəbəllütariq – San Marino 1:0
Qol: Britto, 62.

Xallar: Cəbəllütariq – 4. San Marino – 3. Lixtenşteyn – 1.

D Liqası, 2-ci qrup

Moldova – Andorra 2:0
Qollar: İonita, 31. Kojokaru, 90+5.

Xallar: Moldova – 6. Malta – 3. Andorra – 0.

Xəbəri sosial şəbəkələrdə paylaş: