İngiltərə millisi Helsinkidə qələbəyə sevindi – Millətlər Liqasında

Bu gün futbol üzrə UEFA Millətlər Liqasında 2024/2025-ci illər mövsümünün qrup mərhələsinin 4-cü turuna tura start verilib.

Arena.az xəbər verir ki, turun ilk oyun günündə B, C və D Liqaları çərçivəsində 8 qarşılaşma baş tutub.

B Liqasının üçüncü qrupunda Norveç millisi səfərdə Avstriyanın qonağı olub və darmadağına üzülüb. B Liqasınının 2-ci qrupunda isə Finlandiya yığması evdə İngiltərəni qəbul edib. Bu oyun qonaqların inamlı qələbəsiylə yekunlaşıb.

UEFA Millətlər Liqasında qrup mərhələsinin 4-cü turuna oktyabrın 15-də yekun vurulacaq.

UEFA Millətlər Liqası
Qrup mərhələsi, 4-cü tur
13 oktyabr

B Liqası, 2-ci qrup

Finlandiya – İngiltərə 1:3
Qollar: Hoskonen, 87 – Qriliş, 18. T.Aleksander-Arnold, 74. Rays, 84.

Yunanıstan – İrlandiya 2:0
Qollar: Bakasetas, 48. Mantalos, 90+2.

Xallar: Yunanıstan – 12. İngiltərə – 9. İrlandiya – 3. Finlandiya – 0.

B Liqası, 3-cü qrup

Qazaxıstan – Sloveniya 0:1
Qol: Mlakar, 55.

Avstriya – Norveç 5:1
Qollar: Arnautoviç, 8; 49-pen. Linhart, 58. Poş, 62. Qreqoriç, 71 – Sörlot, 39.

Xallar: Norveç – 7. Avstriya – 7. Sloveniya – 7. Qazaxıstan – 1.

C Liqası, 4-cü qrup

Ermənistan – Şimali Makedoniya 0:2
Qollar: Miovski, 72. Alimi, 85.

Farer Adaları – Latviya 1:1
Qollar: Sorensen, 40 – Sits, 69.

Xallar: Şimali Makedoniya – 10. Ermənistan – 4. Latviya – 4. Farer Adaları – 3.

D Liqası, 1-ci qrup

Lixtenşteyn – Cəbəllütariq 0:0

Xallar: Cəbəllütariq – 5. San Marino – 3. Lixtenşteyn – 2.

D Liqası, 2-ci qrup

Malta – Moldova 1:0
Qol: Teuma, 87-pen.

Xallar: Moldova – 6. Malta – 6. Andorra – 0.

Xəbəri sosial şəbəkələrdə paylaş: