İspaniya Kralı VI Filipp İtaliya yığması üzərində qələbədən danışdı

İspaniya Kralı VI Filipp AÇ-2024-ün qrup mərhələsinin 2-ci turunda İspaniya yığmasının İtaliya yığması üzərində qələbəsindən (1:0) danışıb.

Arena.az AS dərgisinə istinadən, Zati-aliləri Felipe Xuan Pablo Alfonso de Todos los Santos de Burbon və Qresiya – Kral VI Filipin bu barədə fikirlərini təqdim edir:

“Qolun sayı oyunun keyfiyyətinə uyğun gəlmirdi. Bizə elə gəlirdi ki, çoxlu qollar vuracağıq. Meydanda üstünlük təşkil etdik və topa sahib idik. Bu komanda Avropa çempionatında böyük uğurlar qazana bilər. De la Fuenteyə ismarış? Gəlin, eyni ruhda davam edək”, deyə Zati-aliləri Kral VI Filipp məmnunluqla çağırış edib.

Vurğulayaq ki, İspaniya yığması bu qələbə sayəsində 6 xalla “B” qrupuna başçılıq edir və Avropa çempionatının 1/8 final mərhələsinə vəsiqəsini rəsmiləşdirib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: