Bu gün futbol üzrə UEFA Millətlər Liqasında 2024/2025-ci illər mövsümünün qrup mərhələsində 4-cü tura yekun vurulub.
Arena.az xəbər verir ki, turun sonuncu oyun günündə A və C Liqaları çərçivəsində 8 oyun baş tutub.
A Liqasının 1-ci qrupunda Şotlandiya millisi evdə Portuqaliya yığmasını qonaq edib. Bu görüşdə qapılara qol vurulmayıb. Altı qolluq Polşa – Xorvatiya matçında da qalib müəyyənləşməyib.
Bu liqanın 4-cü qrupunda isə İspaniya yığması doğma meydanda Serbiya ilə üz-üzə gəlib və darmadağına sevinib.
Qeyd edək ki, UEFA Millətlər Liqasında qrup mərhələsinin 5-ci turuna noyabrın 14-də start veriləcək.
UEFA Millətlər Liqası
Qrup mərhələsi, 4-cü tur
15 oktyabr
A Liqası, 1-ci qrup
Şotlandiya – Portuqaliya 0:0
Polşa – Xorvatiya 3:3
Qollar: Zelinski, 5. Zalevski, 45. Şimanski, 68 – Sosa, 19. Suçiç, 24. Baturina, 26.
Xallar: Portuqaliya – 10. Xorvatiya – 7. Polşa – 4. Şotlandiya – 1.
A Liqası, 4-cü qrup
İsveçrə – Danimarka 2:2
Qollar: Freuler, 26. Amduni, 45+1 – İsaksen, 27. Eriksen, 69.
İspaniya – Serbiya 3:0
Qollar: Laporte, 5. Morata, 65. Baena, 77.
Xallar: İspaniya – 10. Danimarka – 7. Serbiya – 4. İsveçrə – 1.
C Liqası, 2-ci qrup
Litva – Rumıniya 1:2
Qollar: Kuçis, 7-pen – Marin, 18-pen. Draquş, 65.
Kosovo – Kipr 3:0
Qollar: Rrahmani, 30. Krasniqi, 52. Sahiti, 71.
Xallar: Rumıniya – 12. Kosovo – 9. Kipr – 3. Litva – 0.
C Liqası, 3-cü qrup
Belarus – Lüksemburq 1:1
Qollar: Politeviç, 54 – Q.Rodriqes, 78-pen.
Şimali İrlandiya – Bolqarıstan 5:0
Qollar: Prays, 15; 29; 81. Mitov, 32-öz qapısına. Macennis, 89.
Xallar: Şimali İrlandiya – 7. Belarus – 6. Bolqarıstan – 5. Lüksemburq – 2.


