İtaliya millisi Millətlər Liqasında Fransaya qalib gəldi, Türkiyə…

Bu gün futbol üzrə UEFA Millətlər Liqasında 2024/2025 mövsümünün qrup mərhələsinin 1-ci turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə A, B və C Liqaları çərçivəsində ümumilikdə 8 qarşılaşma baş tutub.

A Liqasında Fransa yığması İtaliya ilə, Belçika millisi isə İsraillə üz-üzə gəlib. İtalyanlar səfərdə, belçikalılar isə evdə inamlı qələbəyə seviniblər.

B Liqasında qardaş ölkə Türkiyənin milli komandası Uelslə qarşılaşıb. Bu oyunda qapılara qol vurulmayıb. Qazaxıstan – Norveç matçında da qapılara qol vurulmayıb.

UEFA Millətlər Liqasında ilk turun qalan oyunları sentyabrın 7-də keçiriləcək.

UEFA Millətlər Liqası
Qrup mərhələsi, 1-ci tur
6 sentyabr

A Liqası, 2-ci qrup

Fransa – İtaliya 1:3
Qollar: Barkola, 1 – Dimarko, 30. Frattezi, 51. Raspadori, 74.

Belçika – İsrail 3:1
Qollar: De Bröyne, 21; 52. Tilemans, 48 – Kastan, 36-öz qapısına.

B Liqası, 3-cü qrup

Qazaxıstan – Norveç 0:0

Sloveniya – Avstriya 1:1
Qollar: Şeşko, 16 – Laymer, 28.

B Liqası, 4-cü qrup

Uels – Türkiyə 0:0

İslandiya – Monteneqro 2:0
Qollar: Oskarsson, 39. Torsteynsson, 58.

C Liqası, 2-ci qrup

Litva – Kipr 0:1
Qol: Pittas, 34.

Kosovo – Rumıniya 0:3
Qol: Man, 40. Marin, 51-pen; 82.

Xəbəri sosial şəbəkələrdə paylaş: