Jedson Fernandes “Qalatasaray”la vidalaşdı

Bu ilin yanvarında icarə əsasında “Qalatasaray”a keçən Jedson Fernandes İstanbul təmsilçisindən ayrılıb.

Arena.az xəbər verir ki, bu barədə 22 yaşlı yarımmüdafiəçi sosial şəbəkə hesabında məlumat yayıb.

Jedson “Qalatasaray” forması ilə şəklini paylaşaraq, kluba təşəkkür edib.

Müqavilə ilə Portuqaliyanın “Benfika” klubuna məxsus olan Jedsonun “sarı-qırmızılar”la icarə müqaviləsi iyunun sonuna qədər idi.

Jedson Fernandes “Qalatasaray”la bu mövsüm Super Liqada 17 oyuna çıxıb. Portuqaliyalı futbolçu bu oyunlarda 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: