Jerar Pike sıx təqvimlə bağlı çıxış yolunu göstərdi

“Barselana”nın ispan keçmiş müdafiəçisi Jerar Pike ifrat sıx oyun təqvimi fəsadını çözmək üçün öz həll təklifini irəli sürüb.

Arena.az bu barədə “RMC Sport” dərgisinə istinadən məlumat verir.

Mənbənin məlumatına görə, Pike ifrat sıx oyun təqvimi fəsadını çözmək üçün milli futbol liqalarında işitark edən komandaların sayını 16-ya qədər azaltmağı təklif edib:

“Komandalar indi çoxlu oyun keçirirlər. Bir çox futbolçu buna görə zədələndiyi üçün bədbəxtdir. Qarşılaşmalar üç gündən bir keçirilir. Bu üzdən futbolçuların dincəlməyə vaxtı yoxdur. Fikrimcə, oyunların sayı azaldılmalıdır. Bütün liqaları bir araya toplayıb bildirmək lazımdır ki, yarış 20 komanda əvəzinə, cəmi 16 klubun iştirakı ilə keçirilsin”, deyə Jerar Pike bildirib.

Xatırladaq ki, artıq neçənci mövsüm ərzində bir çox futbolçular, eləcə də məşqçilər avrokuboklarda və milli komanda yarışlarında oyunların sayının artması ilə əlaqədar, ifrat sıx oyun təqvimdən narazılıqlarını bildirirlər. Bəzi oyunçular gələcəkdə etirazlarını tətil etməklə bildirəcəklərini də istisna etmirlər.

FIFA və UEFA isə vəziyyəti hələ müşahidə mövqeyindən çıxış edir. Vurğulanır ki, “biabırçı təqvim” məhz rəhbər qurumların futbolun başına açdığı “hoqqaların” nəticəsidir. Əksər oyunçular və məşqçilər bu qənaətdədirlər ki, sıx oyun təqvimi oyunçuların ağır zədələr alması ilə yanaşı, futbolda oyun keyfiyyətini də aşağı salır.

Xəbəri sosial şəbəkələrdə paylaş: