Bu gün Premyer Liqanın 2023/2024 mövsümünün sonuncu turu çərçivəsində “Turan Tovuz”la qarşılaşacaq “Kəpəz”də ciddi itkilər var.
Arena.az xəbər verir ki, bu barədə Gəncə klubunun mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, Adil Şükürovun rəhbərlik etdiyi komanda qərb derbisinə tam heyətlə çıxa bilməyəcək. Belə ki, heyətdə itkilər var. Şakir Seyidov, Junior Martins, Vüsal Məsimov və Elmir Tağıyev cəzalıdır. Georgi Papunaşvilinin müalicəsi davam edir. Olavale Onanuqa isə xəstə olduğundan matçı buraxacaq.
Qeyd edək ki, bu gün Tovuz şəhər stadionunda keçiriləcək “Turan Tovuz” – “Kəpəz” matçına saat 17:00-da start veriləcək.


