Futbol üzrə Azərbaycan Birinci Divizionunda 16-cı tura start verilib. Arena.az xəbər verir ki, ilk oyunun günündə 4 qarşılaşma baş tutub.
“Qaradağ Lökbatan” “Neftçi”nin ikinci komandasını iki cavabsız qolla məğlub edib. “Kəpəz” isə “Qarabağ”ın əvəzediciləri ilə görüşdən məğlub ayrılıb. “Turan Tovuz” da səfərdə “Sabah”ın əvəzedicilərinə uduzub. “Qəbələ” və “Keşlə”nin əvəzediciləri arasındakı matçda da meydan sahibləri sevinən tərəf olub.
Turun qalan oyunları sabah keçiriləcək. Sonuncu oyun günündə “Zaqatala” “Səbail”in, MOİK isə “Zirə”nin əvəzedici komandasını qəbul edəcək.
Birinci Divizion
16-cı tur
1 mart
Qarabağ-2 – Kəpəz 2:1
Qol: Əli Nəcəfli, 8. Seyxan Fərəcov, 69 – Tural Rzayev, 6.
Hakimlər: Fərid Hacıyev, Kamran Bayramov, Eyyub İbrahimov, Kamranbəy Rəhimov
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Eldəniz Musayev
Binə qəsəbə stadionu, 14:30
Qaradağ Lökbatan – Neftçi-2 2:0
Qol: Sərxan Abdullayev, 23. Elnur Cəfərov, 84.
Qırmızı vərəqə: Mirabdulla Abbasov, 41 (Neftçi-2)
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Şirmamed Mamedov, Rövşən Rəcəbov
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: İlham Əliyev
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu, 14:30
Qəbələ-2 – Keşlə-2 2:1
Qol: Fərid İsgəndərov, 45. Mehrac Baxşalı, 61-pen – Elnur Süleymanov, 30-pen.
Qırmızı vərəqə: Hüseyn Mürsəlov, 90 (Qəbələ-2)
Hakimlər: Rauf Allahverdiyev, Namiq Hüseynov, Cavanşir Yusifov, Rəvan Həmzəzadə
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Aslan Şahgəldiyev
Qəbələ şəhər stadionu (ehtiyat meydança), 14:00
Sabah-2 – Turan Tovuz 2:1
Qol: Camal Cəfərov, 15. Fərid Kərimzadə, 21 – Sadiq Şəfiyev, 90+5.
Hakimlər: Elvin Bayramov, Rəhman İmami, Vüsal Məmmədov, Kamal Umudlu
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Elman Musayev
“Bank Respublika Arena”, 15:00
2 mart
Zaqatala – Səbail-2
Hakimlər: Nicat İsmayıllı, Cəmil Quliyev, Teymur Teymurov, Əli Əliyev
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Zaqatala Olimpiya İdman Kompleksinin stadionu, 14:30
MOİK – Zirə-2
Hakimlər: İnqilab Məmmədov, Zeynal Zeynalov, Səbuhi Soltanov, Cavid Cəlilov
Hakim-inspektor: Gülağa Cabarov
AFFA nümayəndəsi: Seymur Səlimli
Binə qəsəbə stadionu, 14:30


