“Karvan” üçün yeni avtobus – Foto

Futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) mübarizə aparan “Karvan” komandası üçün yeni avtobus alınıb.

Arena.az xəbər verir ki, bu barədə Yevlax klubunun mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, klub rəhbərliyi tərəfindən əsas komanda üçün yeni avtobus alınıb. Yeni nəqliyyat vasitəsi artıq əsas komandanın ixtiyarına verilib. Nəqliyyat vasitəsi Çin Xalq Respublikasının dünyaca tanınmış “Yutong” şirkətinin istehsalıdır.

Xatırladaq ki, “Karvan” bu mövsümdən Azərbaycan Premyer Liqasında mübarizə aparmağa başlayıb. Yevlax təmsilçisi 2025/2026-cı illər mövsümündə keçirdiyi 7 oyunda cəmi 1 qələbə qazanıb, 2 heç-heçə edib və 4 məğlubiyyətə üzülüb. Əyalət klubu 5 xalla 12 komandanın mübarizə apardığı Premyer Liqanın turnir cədvəlində 10-cu pillədə qərarlaşıb.

Azər Həşimovun rəhbərlik etdiyi komanda Premyer Liqanın 8-ci turu çərçivəsində bu gün “Sumqayıt”ın qonağı olacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: