“Karvan”ın apellyasiya şikayəti təmin edilmədi

Birinci Liqanın 8-ci turunun “Karvan” – “Qəbələ” matçında yaşananlara görə cəzalanan Yevlax klubunun apellyasiya şikayəti təmin olunmayıb.

Arena.az bu barədə AFFA-nın rəsmi saytına istinadən xəbər verir.

Noyabrın 27-də keçirilmiş matç bitdikdən sonra Yevlax klubunun 7 nömrəli futbolçusu Bəhruz Teymurovun hakimləri təhqir etdiyinə görə 4 oyun cəzalanması, həmçinin “Karvan”ın 300 manat cərimələnməsi barədə AFFA-nın İntizam Komitəsinin 3 dekabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılıb. Bu barədə Apellyasiya Arbitraj Tribunalı qərar qəbul edib.

Həmçinin Apellyasiya Arbitraj Tribunalının qərarından Lozannadakı (İsveçrə) İdman üzrə Arbitraj Məhkəməsinə (CAS) şikayət verilməsinin mümkünlüyünün maraqlı tərəflərə izah edilməsi və qərarın tam mətninin 30 (otuz) gün ərzində hazırlanaraq tərəflərə göndərilməsi bildirilib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: