Kike Setyen “Beşiktaş”dan təklif alıb

Son olaraq İspaniya La Liqasında “Vilyarreal”ın baş məşqçisi olmuş Kike Setyen Türkiyədən təklif aldığını açıqlayıb.

Arena.az xəbər verir ki, ispan çalışdırıcıya bu təklifin “Beşiktaş”dan gəldiyi iddia edilib.

“Beşiktaş”da Rıza Çalımbayla yolların ayrılacağına dair iddiaların hökm sürdüyü bir vaxtda, “ağ-qaralar” yeni baş məşqçi axtarışlarını da davam etdirirlər.

Bu arada İspaniyada keçirilən beynəlxalq idman forumunda iştirak edən Setyen Türkiyədən təklif aldığını açıqlayıb. Onun sözünə görə, qarşı tərəf bu təklif tez cavab verilməli olduğunu da bildirib. İspaniya və Türkiyə mətbuat Setyenə təklifin məhz “Beşiktaş”dan olduğuni iddia edir.

Xatırladaq ki, Kike Setyen ötən ilin oktyabr ayında “Vilyarreal”ın baş məşqçisi təyin olunsa da, bu ilin sentyabrında istefaya göndərilib. O, ötən mövsümün yekunlarına əsasən bu komandanı Avropa Konfrans Liqasına daşıyıb. Lakin cari mövsümə uğursuz start 65 yaşlı mütəxəssisin “Vilyarreal”dan qovulmasına səbəb olmuşdu.

Təcrübəli mütəxəssis əvvəllər “Barselona”, “Betis”, “Las Palmas”, “Luqo”, “Loqrones”, “Rasinq” kimi klublarda da baş məşqçi olub, həmçinin Ekvatorial Qvineya yığmasına rəhbərlik edib.

Nihad Əsədov

Xəbəri sosial şəbəkələrdə paylaş: