Kipr və Malta klubları Konfrans Liqasında mərhələ adladılar

Futbol üzrə Avropa Konfrans Liqasında 2023/2024 mövsümünün 2-ci təsnifat mərhələsinin cavab oyunları keçirilir.

Arena.az xəbər verir ki, ikinci oyun günündə daha iki qarşılaşma baş tutub.

Kipr AEK-i səfərdə qalib gəldiyi Belarusun “Torpedo BelAZ” komandasını bu dəfə Larnakada sınağa çəkib. Cavab görüşü heç-heçə bitdiyindən növbəti mərhələyə Kipr təmsilçisi vəsiqə qazanıb.

Maltanın “Qzira Yunayted” komandası isə ilk oyunda 2 cavabsız qol vurduğu Lüksemburq “Düdelanj”ı ilə səfər matçında üstünlüyünü qorumağa çalışıb. Bu dəfə qələbəni Lüksemburq təmsilçisi bayram etsə də, növbəti mərhələyə vəsiqə “Qzira Yunayted”ə qismət olub.

Xatırladaq ki, ilk oyun günündə növbəti mərhələyə vəsiqə qazanmış altı komanda müəyyənləşmişdi. Bunlar “Fənərbaxça”, “Valmiera”, “Neman”, “Svift”, “Partizani” və “Struqa”dır.

Avropa Konfrans Liqasında 2-ci təsnifat mərhələsinin qalan cavab görüşləri avqustun 3-də keçiriləcək. Azərbaycan təmsilçiləri “Neftçi”, “Sabah” və “Qəbələ” də rəqibləri ilə cavab görüşlərinə sabah çıxacaqlar.

Avropa Konfrans Liqası
2-ci təsnifat mərhələsinin cavab oyunları
1 avqust

“Valmiera” (Latviya) – “Tre Penne” (San Marino) 7:0 (İlk oyun – 3:0)

“Baltsan” (Malta) – “Neman” (Belarus) 0:0 (0:2)

“Zimbru” (Moldova) – “Fənərbaxça” (Türkiyə) 0:4 (0:5)

“Svift” (Lüksemburq) – TNS (Uels) 3:2 (1:1)

“Partizani” (Albaniya) – “Atletik” (Andorra) 4:1 (1:0)

“Buduçnost” (Monteneqro) – “Struqa” (Şimali Makedoniya) 3:4 (0:1)

2 avqust

AEK (Larnaka, Kipr) – “Torpedo BelAZ” (Belarus) 1:1 (3:2)

“Düdelanj” (Lüksemburq) – “Qzira Yunayted” (Malta) 2:1 (0:2)

3 avqust

18:00. “Tobol” (Qazaxıstan) – “Bazel” (İsveçrə) (3:1)

19:00. “Santa Koloma” (Andorra) – “Sutyeska” (Monteneqro) (0:2)

19:00. “Pünik” (Ermənistan) – “Kalmar” (İsveç) (2:1)

19:30. “Spartak” (Trnava, Slovakiya) – “Auda” (Latviya) (1:1)

20:00. “Aktobe” (Qazaxıstan) – “Torpedo” (Kutaisi, Gürcüstan) (4:1)

20:00. “Dinamo” (Tiflis, Gürcüstan) – “Hamrun Spartans” (Malta) (1:2)

20:00. “Panevejis” (Litva) – “Hapoel” (Beer-Şeva, İsrail) (0:1)

20:00. “Kauno” (Litva) – “Lex” (Polşa) (1:3)

20:00. “KuPS” (Finlandiya) – “Derri Siti” (İrlandiya) (1:2)

20:00. “Poqon” (Polşa) – “Linfild” (Şimali İrlandiya) (5:2)

20:00. “Sabah” (Azərbaycan) – RFS (Latviya) (2:0)

20:00. “Urartu” (Ermənistan) – “Farul” (Rumıniya) (2:3)

20:45. “Zalaegerseq” (Macarıstan) – “Osiyek” (Xorvatiya) (0:1)

21:00. “Dila” (Gürcüstan) – “Vorskla” (Ukrayna) (1:2)

21:00. “Levski” (Bolqarıstan) – “Şkupi” (Şimali Makedoniya) (2:0)

21:00. “Neftçi” (Azərbaycan) – “Jelezniçar” (Bosniya və Herseqovina) (2:2)

21:00. “Omoniya” (Kipr) – “Qəbələ” (Azərbaycan) (3:2)

21:00. “Petrokub” (Moldova) – “Makkabi” (Təl-Əviv, İsrail) (0:3)

21:00. “Riqa” (Latviya) – “Keçkemet” (Macarıstan) (1:2)

21:00. “Rusenborq” (Norveç) – “Kruzeyders” (Şimali İrlandiya) (2:2)

21:00. “Sepsi” (Rumıniya) – ÇSKA (Sofiya, Bolqarıstan) (2:0)

21:05. “Bohemians” (Çexiya) – “Bodo Qlimt” (Norveç) (0:3)

21:30. “Beytar” (İsrail) – PAOK (Yunanıstan) (0:0)

21:30. “Proqres” (Lüksemburq) – “Midtyulland” (Danimarka) (0:2)

22:00. “Orhus” (Danimarka) – “Brügge” (Belçika) (0:3)

22:00. “Adana Dəmirspor” (Türkiyə) – ÇFR (Rumıniya) (1:1)

22:00. “Drita” (Kosovo) – “Viktoriya” (Plzen, Çexiya) (0:0)

22:00. “Hammarbü” (İsveç) – “Tvente” (Niderland) (0:1)

22:00. “Tirana” (Albaniya) – “Beşiktaş” (Türkiyə) (1:3)

22:00. “Voyvodina” (Serbiya) – APOEL (Nikosiya, Kipr) (1:2)

22:00. “Jilina” (Slovakiya) – “Gent” (Belçika) (1:5)

22:15. “Aris” (Saloniki, Yunanıstan) – “Ararat” (Ermənistan) (1:1)

22:15. “Hibernian” (Şotlandiya) – “İnter” (Andorra) (1:2)

22:15. “Riyeka” (Xorvatiya) – “Dukagini” (Kosovo) (1:0)

22:30. “Borats” (Bosniya və Herseqovina) – “Austriya” (Avstriya) (0:1)

22:30. “Styaua” (Rumıniya) – ÇSKA 1948 (Bolqarıstan) (1:0)

22:30. “Larne” (Şimali İrlandiya) – “Ballkani” (Kosovo) (0:3)

22:30. “Maribor” (Sloveniya) – “Differdanj” (Lüksemburq) (1:1)

22:45. “Dandolk” (İrlandiya) – “Akureyri” (İslandiya) (1:3)

22:45. “Haverforduest Kaunti” (Uels) – “B36 Torshavn” (Farer adaları) (1:2)

22:45. “Lütsern” (İsveçrə) – “Yurqorden” (İsveç) (2:1)

23:00. “Debretsen” (Macarıstan) – “Alaşkert” (Ermənistan) (1:0)

23:00. “Legiya” (Polşa) – “Ordabası” (Qazaxıstan) (2:2)

23:00. “Şemrok Rovers” (İrlandiya) – “Ferentsvaroş” (Macarıstan) (0:4)

23:00. “Vitoriya” (Portuqaliya) – “Çelye” (Sloveniya) (4:3)

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: