Futbol üzrə Avropa Konfrans Liqasında 2023/2024 mövsümünün 2-ci təsnifat mərhələsinin ilk oyunlarına yekun vurulub.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə daha 42 qarşılaşma baş tutub.
Azərbaycan təmsilçilərindən “Qəbələ” ilə “Neftçi” də ilk matçlarına bu gün çıxıb. “Qəbələ” doğma meydanda Kipr “Omoniya”sına 2:3 hesabıyla uduzub. “Neftçi” isə Bosniya və Herseqovinada “Jelezniçar”ın qonağı olub. Dörd qolun qeydə alındığı bu görüşdə qalib müəyyənləşməyib.
Azərbaycanlı hücumçu Musa Qurbanlının formasını geyindiyi İsveç “Yurqorden”i doğma meydanda İsveçrə “Lütsern”i ilə qarşılaşıb. Futbolçumuzun 63 dəqiqə meydanda olduğu matç komandasının məğlubiyyəti ilə başa çatıb.
Türkiyə təmsilçilərindən “Beşiktaş” “Tirana” ilə ev oyununda inamlı qələbəyə sevinib. “Adana Dəmirspor” isə ÇFR-ə qarşı keçirdiyi ilk avrokubok matçından heç-heçə ilə ayrılıb.
Avropa Konfrans Liqasında 2-ci təsnifat mərhələsinin cavab oyunları 1, 2 və 3 avqustda keçiriləcək.
Avropa Konfrans Liqası
2-ci təsnifat mərhələsinin ilk oyunları
27 iyul
“Alaşkert” (Ermənistan) – “Debretsen” (Macarıstan) 0:1
“Ararat” (Ermənistan) – “Aris” (Saloniki, Yunanıstan) 1:1
“İnter” (Andorra) – “Hibernian” (Şotlandiya) 2:1
“Ordabası” (Qazaxıstan) – “Legiya” (Polşa) 2:2
“Bodo Qlimt” (Norveç) – “Bohemians” (Çexiya) 3:0
“Qəbələ” (Azərbaycan) – “Omoniya” (Kipr) 2:3
APOEL (Nikosiya, Kipr) – “Voyvodina” (Serbiya) 2:1
“Auda” (Latviya) – “Spartak” (Trnava, Slovakiya) 1:1
ÇSKA (Sofiya, Bolqarıstan) – “Sepsi” (Rumıniya) 0:2
“Yurqorden” (İsveç) – “Lütsern” (İsveçrə) 1:2
“Ferentsvaroş” (Macarıstan) – “Şemrok Rovers” (İrlandiya) 4:0
“Qzira Yunayted” (Malta) – “Düdelanj” (Lüksemburq) 2:0
“Kalmar” (İsveç) – “Pünik” (Ermənistan) 1:2
“Keçkemet” (Macarıstan) – “Riqa” (Latviya) 2:1
“Viktoriya” (Plzen, Çexiya) – “Drita” (Kosovo) 0:0
“Torpedo” (Kutaisi, Gürcüstan) – “Aktobe” (Qazaxıstan) 1:4
“Bazel” (İsveçrə) – “Tobol” (Qazaxıstan) 1:3
ÇFR (Rumıniya) – “Adana Dəmirspor” (Türkiyə) 1:1
“Differdanj” (Lüksemburq) – “Maribor” (Sloveniya) 1:1
“Farul” (Rumıniya) – “Urartu” (Ermənistan) 3:2
“Makkabi” (Təl-Əviv, İsrail) – “Petrokub” (Moldova) 3:0
PAOK (Yunanıstan) – “Beytar” (İsrail) 0:0
“Vorskla” (Ukrayna) – “Dila” (Gürcüstan) 2:1
“B36 Torshavn” (Farer adaları) – “Haverforduest Kaunti” (Uels) 2:1
“Beşiktaş” (Türkiyə) – “Tirana” (Albaniya) 3:1
“Çelye” (Sloveniya) – “Vitoriya” (Portuqaliya) 3:4
“Brügge” (Belçika) – “Orhus” (Danimarka) 3:0
“Dukagini” (Kosovo) – “Riyeka” (Xorvatiya) 0:1
“Gent” (Belçika) – “Jilina” (Slovakiya) 5:1
“Hapoel” (Beer-Şeva, İsrail) – “Panevejis” (Litva) 1:0
“Akureyri” (İslandiya) – “Dandolk” (İrlandiya) 3:1
“Osiyek” (Xorvatiya) – “Zalaegerseq” (Macarıstan) 1:0
“Tvente” (Niderland) – “Hammarbü” (İsveç) 1:0
“Torpedo BelAZ” (Belarus) – AEK (Larnaka, Kipr) 2:3
“Austriya” (Avstriya) – “Borats” (Bosniya və Herseqovina) 1:0
“Lex” (Polşa) – “Kauno” (Litva) 3:1
“Derri Siti” (İrlandiya) – “KuPS” (Finlandiya) 2:1
“Linfild” (Şimali İrlandiya) – “Poqon” (Polşa) 2:5
“Kruzeyders” (Şimali İrlandiya) – “Rusenborq” (Norveç) 2:2
“Şkupi” (Şimali Makedoniya) – “Levski” (Bolqarıstan) 0:2
“Sutyeska” (Monteneqro) – “Santa Koloma” (Andorra) 2:0
“Jelezniçar” (Bosniya və Herseqovina) – “Neftçi” (Azərbaycan) 2:2


