Konfrans Liqasında 3-cü raundun ilk oyunlarına yekun vuruldu

Bu gün futbol üzrə Avropa Konfrans Liqasında 2024/2025-ci illər mövsümünün 3-cü təsnifat mərhələsinin ilk oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, əksər qarşılaşmalar məhz bu gün baş tutub.

Azərbaycan təmsilçiləri “Sabah” və “Zirə” də bu raunddakı ilk oyunlarına çıxıblar. “Bayquşlar” İrlandiyada “Sent-Patriks Atletik”in, “qartallar” isə Xorvatiyada “Osiyek”in qonağı olublar. Təmsilçilərimizdən biri uduzub, digəri isə səfərdən heç-heçə ilə qayıdıb.

Türkiyənin bu turnirdəki təmsilçisi “Başakşəhər” səfərdə Gürcüstanın “İberiya” komandasını minimal hesabla üstələyib.

Avropa Konfrans Liqasında 3-cü raundun cavab oyunları avqustun 15-də təşkil olunacaq.

Avropa Konfrans Liqası
3-cü təsnifat mərhələsinin ilk oyunları
6 avqust

“Noah” (Ermənistan) – AEK (Afina, Yunanıstan) 3:1

7 avqust

“Kopenhagen” (Danimarka) – “Banik” (Çexiya) 1:0
“Hakken” (İsveç) – “Payde” (Estoniya) 6:1
“Paks” (Macarıstan) – “Mornar” (Monteneqro) 3:0
“Sankt Qallen” (İsveçrə) – “Slask” (Polşa) 2:0

8 avqust

“Ararat” (Ermənistan) – “Puşkaş Akademiyası” (Macarıstan) 0:1
“Auda” (Latviya) – “Drita” (Kosovo) 1:0
“Ordabası” (Qazaxıstan) – “Pünik” (Ermənistan) 0:1
HJK (Finlandiya) – “Deçiç” (Monteneqro) 1:0
“İberiya” (Gürcüstan) – “Başakşəhər” (Türkiyə) 0:1
“İlves” (Finlandiya) – “Yurqorden” (İsveç) 1:1
“Mlada Boleslav” (Çexiya) – “Hapoel” (Beer Şeva, İsrail) 1:1
“Rujomberok” (Slovakiya) – “Hayduk” (Xorvatiya) 0:0
“Silkeborq” (Danimarka) – “Gent” (Belçika) 2:2
“Brondbü” (Danimarka) – “Legiya” (Polşa) 2:3
“Olimpiya” (Sloveniya) – “Şerif” (Moldoca) 3:0
“Omoniya” (Kipr) – “Fehervar” (Macarıstan) 1:0
“Sürix” (İsveçrə) – “Vitoriya” (Gimaraynş, Portuqaliya) 0:3
ÇSKA 1948 (Sofiya, Bolqarıstan) – “Pafos” (Kipr) 2:1
“Botev” (Bolqarıstan) – “Zrinski” (Bosniya və Herseqovina) 2:1
“Balkani” (Kosovo) – “Larne” (Şimali İrlandiya) 0:1
“Hunedoara” (Rumıniya) – “Astana” (Qazaxıstan) 1:2
“Kilmarnok” (Şotlandiya) – “Tromse” (Norveç) 2:2
“Makkabi” (Petah Tikva, İsrail) – ÇFR (Rumıniya) 0:1
“Osiyek” (Xorvatiya) – “Zirə” (Azərbaycan) 1:1
“Maribor” (Sloveniya) – “Voyvodina” (Serbiya) 2:1
“Vikinqur” (İslandiya) – “Flora” (Estoniya) 1:1
“Spartak” (Trnava, Slovakiya) – “Visla” (Polşa) 3:1
“Sent Mirren” (Şotlandiya) – “Brann” (Norveç) 1:1
“Sent Patriks Atletik” (İrlandiya) – “Sabah” (Azərbaycan) 1:0

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: