Konfrans Liqasında 3-cü raundun ilk oyunlarına yekun vuruldu

Bu gün futbol üzrə Avropa Konfrans Liqasında 2023/2024 mövsümünün 3-cü təsnifat mərhələsinin ilk oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, turun əksər qarşılaşmaları sonuncu oyun gününə təsadüf edub.

Azərbaycan təmsilçilərindən “Sabah”la “Neftçi” də növbəti matçlarına bu gün çıxıblar. Onlar doğma meydanda müvafiq olaraq Serbiya “Partizan”ı və Türkiyə nəhəngi “Beşiktaş”la qarşılaşıblar. “Sabah” doğma meydanda 2:0 hesablı qələbəyə sevinibsə, “Neftçi” 1:3 hesabıyla məğlub olub.

“Neftçi” bu raundda “Beşiktaş”ı keçsə, “Dinamo” (Kiyev, Ukrayna) – “Aris” (Yunanıstan) cütünün qalibi ilə qarşılaşacaq. Bu komandaların ilk görüşündə “Aris” doğma meydanda 1:0 hesablı qələbəyə sevinib.

“Sabah” isə “Partizan”ı üstələməyi bacarsa, “Styaua” (Rumıniya) – “Nordsyelland” (Danimarka) duelinin qalibi ilə qarşılaşacaq. Bu komandaların Rumıniyada keçirilmiş ilk matçında qapılara qol vurulmayıb.

Azərbaycan çempionu “Qarabağ” da Avropa Liqasının 3-cü raundunda Finlandiyanın HJK komandasına uduzsa, Konfrans Liqasının pley-offunda “Farul” (Rumıniya) – “Flora” (Estoniya) cütünün qalibi ilə qarşılaşacaq. Sözügedən kollektivlərin Rumıniyadan baş tutan ilk görüşündə meydan sahibləri darmadağınla qalib gəliblər – 3:0.

Türkiyənin Konfrans Liqasındakı digər təmsilçilərindən “Fənərbaxça” bu gün “Maribor”u (Sloveniya), “Adana Dəmirspor” isə “Osiyek”i (Xorvatiya) qəbul edib. Hər iki oyunda qardaş ölkə təmsilçiləri qələbə qazanan tərəf olublar.

Bu turnirin 2-ci təsnifat mərhələsində “Qəbələ”ni mübarizədən kənarlaşdırmış Kipr “Omoniya”sı isə bu raundda Danimarka “Midtyulland”ı ilə qarşılaşıb. Kiprlilər güclü rəqiblə ev oyunundan qalib ayrılıblar.

Avropa Konfrans Liqasında 3-cü təsnifat mərhələsinin cavab görüşləri isə 17 avqustda baş tutacaq.

Avropa Konfrans Liqası
3-cü təsnifat mərhələsinin ilk oyunları

9 avqust

AEK (Larnaka, Kipr) – “Makkabi” (Təl-Əviv, İsrail) 1:1

“Gent” (Belçika) – “Poqon” (Polşa) 5:0

10 avqust

“Tobol” (Qazaxıstan) – “Derri Siti” (İrlandiya) 1:0

“Struqa” (Şimali Makedoniya) – “Svift” (Lüksemburq) 3:1

“Bodo Qlimt” (Norveç) – “Pünik” (Ermənistan) 3:0

“Sabah” (Azərbaycan) – “Partizan” (Serbiya) 2:0

“Dila” (Gürcüstan) – APOEL (Nikosiya, Kipr) 0:2

“Santa Koloma” (Andorra) – “Alkmaar” (Niderland) 0:1

“Legiya” (Polşa) – “Austriya” (Avstriya) 1:2

“Neftçi” (Azərbaycan) – “Beşiktaş” (Türkiyə) 1:3

“Omoniya” (Kipr) – “Midtyulland” (Danimarka) 1:0

“Viktoriya” (Plzen, Çexiya) – “Qzira Yunayted” (Malta) 4:0

“Rusenborq” (Norveç) – “Hart” (Şotlandiya) 2:1

“Sepsi” (Rumıniya) – “Aktobe” (Qazaxıstan) 1:1

“Valmiera” (Latviya) – “Partizani” (Albaniya) 1:2

“Farul” (Rumıniya) – Flora (Estoniya) 3:0

“Hapoel” (Beer-Şeva, İsrail) – “Levski” (Bolqarıstan) 0:0

“Hamrun Spartans” (Malta) – “Ferentsvaroş” (Macarıstan) 1:6

“Adana Dəmirspor” (Türkiyə) – “Osiyek” (Xorvatiya) 5:1

“Aroka” (Portuqaliya) – “Brann” (Norveç) 2:1

“B36 Torshavn” (Farer adaları) – “Riyeka” (Xorvatiya) 1:3

“Çelye” (Sloveniya) – “Neman” (Belarus) 1:0

“Brügge” (Belçika) – “Akureyri” (İslandiya) 5:1

“Fənərbaxça” (Türkiyə) – “Maribor” (Sloveniya) 3:1

“Lex” (Polşa) – “Spartak” (Trnava, Slovakiya) 2:1

“Tvente” (Niderland) – “Riqa” (Latviya) 2:0

“Aris” (Saloniki, Yunanıstan) – “Dinamo” (Kiyev, Ukrayna) 1:0

“Styaua” (Rumıniya) – “Nordsyelland” (Danimarka) 0:0

“Hibernian” (Şotlandiya) – “Lütsern” (İsveçrə) 3:1

“Ballkani” (Kosovo) – “Linkoln” (Cəbəllüttariq) 2:0

“Hayduk” (Split, Xorvatiya) – PAOK (Yunanıstan) 0:0

“Rapid” (Vyana, Avstriya) – “Debretsen” (Macarıstan) 0:0

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: