Konfrans Liqasında 4-cü tur həyəcanı

Bu gün futbol üzrə Avropa Konfrans Liqasında 2025/2026-cı illər mövsümünün əsas mərhələsində 4-cü turun oyunları keçiriləcək.

Arena.az xəbər verir ki, turun bütün qarşılaşmaları eyni günə təsadüf edəcək.

Türkiyənin “Samsunspor” komandası səfərdə “Breydablik”lə üz-üzə gələcək.

“Fiorentina” İtaliyada Yunanıstan təmsilçisi AEK-i qonaq edəcək. “Rayo Valyekano” isə səfərdə “Slovan”la münasibətlərə aydınlıq gətirəcək.

Avropa Konfrans Liqasında növbəti turun oyunları dekabrın 11-də keçiriləcək.

Avropa Konfrans Liqası
Liqa mərhələsi, 4-cü tur
27 noyabr

21:45. Alkmaar (Niderland) – Şelburn (İrlandiya)
21:45. Slovan (Slovakiya) – Rayo Valyekano (İspaniya)
21:45. Lex (Polşa) – Lozanna (İsveçrə)
21:45. Omoniya (Kipr) – Dinamo (Kiyev, Ukrayna)
21:45. Zrinski (Bosniya və Herseqovina) – Hakken (İsveç)
21:45. Siqma (Çexiya) – Çelye (Sloveniya)
21:45. Rakuv (Polşa) – Rapid (Avstriya)
21:45. Universitatya (Rumıniya) – Maynts (Almaniya)
21:45. Hamrun (Malta) – Linkoln (Cəbəllütariq)
00:00. Fiorentina (İtaliya) – AEK (Yunanıstan)
00:00. Legiya (Polşa) – Sparta (Çexiya)
00:00. Şemrok Rovers (İrlandiya) – Şaxtyor (Ukrayna)
00:00. Strasburq (Fransa) – Kristal Pelas (İngiltərə)
00:00. Yagelloniya (Polşa) – KuPS (Finlandiya)
00:00. Riyeka (Xorvatiya) – AEK (Larnaka, Kipr)
00:00. Aberdin (Şotlandiya) – Noa (Ermənistan)
00:00. Drita (Kosovo) – Şkendiya (Şimali Makedoniya)
00:00. Breydablik (İslandiya) – Samsunspor (Türkiyə)

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: