Konfrans Liqasında pley-offa bir oyunla start verildi

Bu gün futbol üzrə Avropa Konfrans Liqasında 2024/2025-ci illər mövsümünün pley-off mərhələsinə start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

Ermənistan təmsilçisi “Noah” doğma meydanda qarşılaşdığı Slovakiya təmsilçisi “Rujomberok”a qalib gəlib. Bu görüşdə elektirik enerjisində yaranan problemə görə fasilə yaranıb. Abovyan şəhər stadionunda baş tutan matçın 68-ci dəqiqəsində işıqlar sönüb və hər tərəf qaranlığa bürünüb. Təxminən 20 dəqiqəlik fasilədən sonra qarşılaşma qaldığı yerdən bərpa olunub.

Konfrans Liqasındakı mübarizəsini davam etdirən, tarixi uğura imza ataraq ilk dəfə avrokubokların pley-offunda mübarizə aparacaq Azərbaycan təmsilçisi “Zirə” bu mərhələdə Kipr “Omoniya”sı ilə üz-üzə gələcək. Rəşad Sadıqovun komandası ilk matçını avqustun 22-də səfərdə keçirəcək.

Avropa Konfrans Liqasında pley-off mərhələsinin cavab görüşləri avqustun 29-da keçiriləcək.

Avropa Konfrans Liqası
Pley-off mərhələsinin ilk oyunları
20 avqust

“Noah” (Ermənistan) – “Rujomberok” (Slovakiya) 3:0

21 avqust

20:45. “Vitoriya” (Portuqaliya) – “Zrinski” (Bosniya və Herseqovina)

22 avqust

20:00. “Legiya” (Polşa) – “Drita” (Kosovo)
20:00. “Mlada Boleslav” (Çexiya) – “Paks” (Macarıstan)
20:00. “Pünik” (Ermənistan) – “Çelye” (Sloveniya)
20:30. “Panevejis” (Litva) – TNS (Uels)
21:00. “Brann” (Norveç) – “Astana” (Qazaxıstan)
21:00. “Yurqorden” (İsveç) – “Maribor” (Sloveniya)
21:00. “Kopenhagen” (Danimarka) – “Kilmarnok” (Şotlandiya)
21:00. “Hakken” (İsveç) – “Haydenhaym” (Almaniya)
21:00. “Omoniya” (Kipr) – “Zirə” (Azərbaycan)
21:30. ÇFR (Rumıniya) – “Pafos” (Kipr)
22:00. “Fiorentina” (İtaliya) – “Puşkaş Akademiyası” (Macarıstan)
22:00. “Krivbass” (Ukrayna) – “Betis” (İspaniya)
22:00. “Riyeka” (Xorvatiya) – “Olimpiya” (Sloveniya)
22:00. “Vikinqur” (İslandiya) – “Santa Koloma” (Andorra)
22:15. “Partizan” (Serbiya) – “Gent” (Belçika)
22:30. “Visla” (Polşa) – “Serkl Brügge” (Belçika)
22:45. “Klaksvik” (Farer adaları) – HJK (Finlandiya)
22:45. “Sent Patriks Atletik” (İrlandiya) – “Başakşəhər” (Türkiyə)
23:00. “Çelsi” (İngiltərə) – “Servett” (İsveçrə)
23:00. “Lans” (Fransa) – “Panatinaikos” (Yunanıstan)
23:00. “Linkoln” (Cəbəllüttariq) – “Larne” (Şimali İrlandiya)
23:00. “Sankt Qallen” (İsveçrə) – “Trabzonspor” (Türkiyə)

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: