Konfrans Liqasında pley-offa ilk iki vəsiqənin sahibi bəlli oldu

Bu gün futbol üzrə Avropa Konfrans Liqasında 2024/2025-ci illər mövsümünün 3-cü təsnifat mərhələsinin cavab oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.

“Payde” Estoniyada ilk oyunda böyük hesabla uduzduğu İsveç “Hakken”indən qisas almağa çalışıb. Amma cavab görüşü 1:1 hesabıyla yekunlaşıb. “Mornar” isə Monteneqroda “Paks”la münasibətlərinə aydınlıq gətirib. Bu komandaların ilk oyununda da Macarıstan təmsilçisi darmadağına sevinmişdi. Dörd qolun qeydə alındığı cavab matçı isə bərabərliklə yekunlaşıb.

Avropa Konfrans Liqasında 3-cü raundun qalan cavab oyunları avqustun 14-də və 15-də təşkil olunacaq. Azərbaycan təmsilçiləri “Sabah” və “Zirə” bu raunddakı cavab oyunlarına avqustun 15-də çıxacaqlar. “Bayquşlar” İrlandiya təmsilçisi “Sent-Patriks Atletik”i, “qartallar” isə Xorvatiya “Osiyek”ini qəbul edəcəklər.

Avropa Konfrans Liqası
3-cü təsnifat mərhələsinin cavab oyunları

13 avqust

“Payde” (Estoniya) – “Hakken” (İsveç) 1:1 (1:6)
“Mornar” (Monteneqro) – “Paks” (Macarıstan) 2:2 (0:3)

14 avqust

18:00. “Astana” (Qazaxıstan) – “Hunedoara” (Rumıniya) (2:1)
20:00. “Fehervar” (Macarıstan) – “Omoniya” (Kipr) (0:1)

15 avqust

20:00. “Flora” (Estoniya) – “Vikinqur” (İslandiya) (1:1)
20:00. “Legiya” (Polşa) – “Brondbü” (Danimarka) (3:2)
20:00. “Pünik” (Ermənistan) – “Ordabası” (Qazaxıstan) (1:0)
20:00. “Sabah” (Azərbaycan) – “Sent Patriks Atletik” (İrlandiya) (0:1)
20:30. “Zirə” (Azərbaycan) – “Osiyek” (Xorvatiya) (1:1)
21:00. “Brann” (Norveç) – “Sent Mirren” (Şotlandiya) (1:1)
21:00. ÇFR (Rumıniya) – “Makkabi” (Petah Tikva, İsrail) (1:0)
21:00. “Yurqorden” (İsveç) – “İlves” (Finlandiya) (1:1)
21:00. “Hapoel” (Beer Şeva, İsrail) – “Mlada Boleslav” (Çexiya) (1:1)
21:00. “Banik” (Çexiya) – “Kopenhagen” (Danimarka) (0:1)
21:00. “Pafos” (Kipr) – ÇSKA 1948 (Sofiya, Bolqarıstan) (1:2)
21:00. “Şerif” (Moldoca) – “Olimpiya” (Sloveniya) (0:3)
21:00. “Tromse” (Norveç) – “Kilmarnok” (Şotlandiya) (2:2)
21:30. AEK (Afina, Yunanıstan) – “Noah” (Ermənistan) (1:3)
21:45. “Başakşəhər” (Türkiyə) – “İberiya” (Gürcüstan) (1:0)
22:00. “Drita” (Kosovo) – “Auda” (Latviya) (0:1)
22:00. “Voyvodina” (Serbiya) – “Maribor” (Sloveniya) (1:2)
22:00. “Zrinski” (Bosniya və Herseqovina) – “Botev” (Bolqarıstan) (1:2)
22:30. “Gent” (Belçika) – “Silkeborq” (Danimarka) (2:2)
22:30. “Slask” (Polşa) – “Sankt Qallen” (İsveçrə) (0:2)
22:30. “Visla” (Polşa) – “Spartak” (Trnava, Slovakiya) (1:3)
23:00. “Deçiç” (Monteneqro) – HJK (Finlandiya) (0:1)
23:00. “Hayduk” (Xorvatiya) – “Rujomberok” (Slovakiya) (0:0)
23:00. “Larne” (Şimali İrlandiya) – “Balkani” (Kosovo) (1:0)
23:00. “Puşkaş Akademiyası” (Macarıstan) – “Ararat” (Ermənistan) (1:0)
23:15. “Vitoriya” (Gimaraynş, Portuqaliya) – “Sürix” (İsveçrə) (3:0)

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: