Konfrans Liqasında pley-offun ilk iki xoşbəxti bəlli olur

Bu gün futbol üzrə Avropa Konfrans Liqasında 2024/2025-ci illər mövsümünün pley-off mərhələsinin cavab oyunlarına start veriləcək.

Arena.az xəbər verir ki, ilk oyun günündə 2 qarşılaşma baş tutub.

Türkiyə təmsilçisi “Başakşəhər” doğma meydanda “Sent Patriks Atletik”lə üz-üzə gələcək. Əvvəlki mərhələdə “Sabah”ı mübarizədən kənarlaşdırmış İrlandiya təmsilçisi ilə Super Liqa təmsilçisi arasındakı ilk oyunda qapılara qol vurulmayıb.

“Gent” isə Belçikada Serbiya “Partizan”ını sınağa çəkəcək. İlk oyunda belçikalılar tək qolla üstün olublar.

Avropa Konfrans Liqasında pley-off mərhələsinə avqustun 29-da yekun vurulacaq. Bu turnirdə mübarizə aparan Türkiyənin digər təmsilçisi “Trabzonspor” da pley-offdakı növbəti matçını sabah keçirəcək.

Tarixi uğura imza ataraq ilk dəfə avrokubokların pley-offunda mübarizə aparan Azərbaycan təmsilçisi “Zirə” bu raundda Kipr “Omoniya”sı ilə üz-üzədir. Rəşad Sadıqovun komandası ilk matçında ağır məğlubiyyətə üzülüb. Bu komandaların cavab görüşü sabah baş tutacaq.

Avropa Konfrans Liqası
Pley-off mərhələsinin cavab oyunları
28 avqust

20:00. “Başakşəhər” (Türkiyə) – “Sent Patriks Atletik” (İrlandiya) (ilk oyun 0:0)
20:00. “Gent” (Belçika) – “Partizan” (Serbiya) (1:0)

29 avqust

18:00. “Astana” (Qazaxıstan) – “Brann” (Norveç) (0:2)
20:00. HJK (Finlandiya) – “Klaksvik” (Farer adaları) (2:2)
20:00. “Zirə” (Azərbaycan) – “Omoniya” (Kipr) (0:6)
20:30. “Rujomberok” (Slovakiya) – “Noah” (Ermənistan) (0:3)
21:00. “Olimpiya” (Sloveniya) – “Riyeka” (Xorvatiya) (1:1)
21:00. “Paks” (Macarıstan) – “Mlada Boleslav” (Çexiya) (2:2)
21:00. “Pafos” (Kipr) – ÇFR (Rumıniya) (0:1)
21:00. “Trabzonspor” (Türkiyə) – “Sankt Qallen” (İsveçrə) (0:0)
21:30. TNS (Uels) – “Panevejis” (Litva) (3:0)
22:00. “Serkl Brügge” (Belçika) – “Visla” (Polşa) (6:1)
22:00. “Drita” (Kosovo) – “Legiya” (Polşa) (0:2)
22:00. “Kilmarnok” (Şotlandiya) – “Kopenhagen” (Danimarka) (0:2)
22:00. “Panatinaikos” (Yunanıstan) – “Lans” (Fransa) (1:2)
22:00. “Santa Koloma” (Andorra) – “Vikinqur” (İslandiya) (0:5)
22:00. “Zrinski” (Bosniya və Herseqovina) – “Vitoriya” (Portuqaliya) (0:3)
22:15. “Çelye” (Sloveniya) – “Pünik” (Ermənistan) (0:1)
22:15. “Maribor” (Sloveniya) – “Yurqorden” (İsveç) (0:1)
22:30. “Haydenhaym” (Almaniya) – “Hakken” (İsveç) (2:1)
22:30. “Servett” (İsveçrə) – “Çelsi” (İngiltərə) (0:2)
23:00. “Betis” (İspaniya) – “Krivbass” (Ukrayna) (2:0)
23:00. “Larne” (Şimali İrlandiya) – “Linkoln” (Cəbəllüttariq) (1:2)
23:00. “Puşkaş Akademiyası” (Macarıstan) – “Fiorentina” (İtaliya) (3:3)

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: