Bu gün futbol üzrə Avropa Konfrans Liqasında 2024/2025-ci illər mövsümünün pley-off mərhələsinin ilk oyunlarına yekun vurulacaq.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə daha 22 qarşılaşma baş tutacaq.
Konfrans Liqasındakı mübarizəsini davam etdirən, tarixi uğura imza ataraq ilk dəfə avrokubokların pley-offunda mübarizə aparan Azərbaycan təmsilçisi “Zirə” bu mərhələdə Kipr “Omoniya”sı ilə üz-üzə gələcək. Rəşad Sadıqovun komandası ilk matçını bu gün səfərdə keçirəcək.
Avropa Konfrans Liqasında pley-off mərhələsinin cavab görüşləri avqustun 29-da keçiriləcək.
Avropa Konfrans Liqası
Pley-off mərhələsinin ilk oyunları
20 avqust
“Noah” (Ermənistan) – “Rujomberok” (Slovakiya) 3:0
21 avqust
“Vitoriya” (Portuqaliya) – “Zrinski” (Bosniya və Herseqovina) 3:0
22 avqust
20:00. “Legiya” (Polşa) – “Drita” (Kosovo)
20:00. “Mlada Boleslav” (Çexiya) – “Paks” (Macarıstan)
20:00. “Pünik” (Ermənistan) – “Çelye” (Sloveniya)
20:30. “Panevejis” (Litva) – TNS (Uels)
21:00. “Brann” (Norveç) – “Astana” (Qazaxıstan)
21:00. “Yurqorden” (İsveç) – “Maribor” (Sloveniya)
21:00. “Kopenhagen” (Danimarka) – “Kilmarnok” (Şotlandiya)
21:00. “Hakken” (İsveç) – “Haydenhaym” (Almaniya)
21:00. “Omoniya” (Kipr) – “Zirə” (Azərbaycan)
21:30. ÇFR (Rumıniya) – “Pafos” (Kipr)
22:00. “Fiorentina” (İtaliya) – “Puşkaş Akademiyası” (Macarıstan)
22:00. “Krivbass” (Ukrayna) – “Betis” (İspaniya)
22:00. “Riyeka” (Xorvatiya) – “Olimpiya” (Sloveniya)
22:00. “Vikinqur” (İslandiya) – “Santa Koloma” (Andorra)
22:15. “Partizan” (Serbiya) – “Gent” (Belçika)
22:30. “Visla” (Polşa) – “Serkl Brügge” (Belçika)
22:45. “Klaksvik” (Farer adaları) – HJK (Finlandiya)
22:45. “Sent Patriks Atletik” (İrlandiya) – “Başakşəhər” (Türkiyə)
23:00. “Çelsi” (İngiltərə) – “Servett” (İsveçrə)
23:00. “Lans” (Fransa) – “Panatinaikos” (Yunanıstan)
23:00. “Linkoln” (Cəbəllüttariq) – “Larne” (Şimali İrlandiya)
23:00. “Sankt Qallen” (İsveçrə) – “Trabzonspor” (Türkiyə)


