Konfrans Liqasında “Samsunspor”u dayandıran tapıldı

Bu gün futbol üzrə Avropa Konfrans Liqasında 2025/2026-cı illər mövsümünün əsas mərhələsində 4-cü turun oyunları keçirilib.

Arena.az xəbər verir ki, turun bütün qarşılaşmaları eyni günə təsadüf edib.

Türkiyənin “Samsunspor” komandası səfərdə “Breydablik”lə üz-üzə gəlib. Əvvəlki oyunlarının üçündən də qalib ayrılmış Super Liqa təmsilçisi bu görüşdə ilk xal itkisi ilə üzləşib. Buna baxmayaraq, Samsun klubu hələ də yarış cədvəlinin ilk pilləsində qərarlaşıb.

“Fiorentina” doğma meydanda Yunanıstan AEK-i ilə qarşılaşıb və gözlənilməz məğlubiyyətə üzülüb. “Rayo Valyekano” isə Slovakiyada “Slovan”a uduzub.

Avropa Konfrans Liqasında növbəti turun oyunları dekabrın 11-də keçiriləcək.

Avropa Konfrans Liqası
Liqa mərhələsi, 4-cü tur

27 noyabr

Alkmaar (Niderland) – Şelburn (İrlandiya) 2:0
Slovan (Slovakiya) – Rayo Valyekano (İspaniya) 2:1
Lex (Polşa) – Lozanna (İsveçrə) 2:0
Omoniya (Kipr) – Dinamo (Kiyev, Ukrayna) 2:0
Zrinski (Bosniya və Herseqovina) – Hakken (İsveç) 2:1
Siqma (Çexiya) – Çelye (Sloveniya) 2:1
Rakuv (Polşa) – Rapid (Avstriya) 4:1
Universitatya (Rumıniya) – Maynts (Almaniya) 1:0
Hamrun (Malta) – Linkoln (Cəbəllütariq) 3:1
Fiorentina (İtaliya) – AEK (Yunanıstan) 0:1
Legiya (Polşa) – Sparta (Çexiya) 0:1
Şemrok Rovers (İrlandiya) – Şaxtyor (Ukrayna) 1:2
Strasburq (Fransa) – Kristal Pelas (İngiltərə) 2:1
Yagelloniya (Polşa) – KuPS (Finlandiya) 1:0
Riyeka (Xorvatiya) – AEK (Larnaka, Kipr) 0:0
Aberdin (Şotlandiya) – Noa (Ermənistan) 1:1
Drita (Kosovo) – Şkendiya (Şimali Makedoniya) 1:0
Breydablik (İslandiya) – Samsunspor (Türkiyə) 2:2

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: