Konfrans Liqasında sürprizlər gecəsi

Bu gün Avropa Konfrans Liqasında pley-off mərhələsinin ilk oyunları keçirilib. Arena.az xəbər verir ki, Azərbaycanın turnirdəki təmsilçiləri “Qarabağ” və “Neftçi” də ilk oyunlarına bu gün çıxıb.

“Qarabağ” Şotlandiyanın “Aberdin”, “Neftçi” isə İsrailinin “Makkabi” (Hayfa) komandasını qəbul edib. Hər iki matç Bakıda keçirilib. “Qarabağ” meydanı qələbə, “Neftçi” heç-heçə ilə tərk edib.

Türkiyənin “Trabzonspor” klubu bu mərhələdə İtaliya “Roma”sı ilə qarşılaşıb. Üç qolun qeydə alındığı matç “canavarlar”ın qələbəsiylə yekunlaşıb. Qonşu ölkənin digər təmsilçisi “Sivasspor”un rəqibi isə Danimarkanın “Kopenhagen” komandası olub. Bu oyun da Türkiyə təmsilçisinin məğlubiyyəti ilə bitib.

İngiltərənin “Tottenhem” komandası Portuqaliyada “Pasuş de Fereryra”nın qonağı olub. London klubu bu oyunda minimal hesabla məğlub olub.

Avropa Konfrans Liqasında pley-offun cavab oyunları avqustun 26-da keçiriləcək.

Avropa Konfrans Liqası
Pley-offun ilk oyunları
19 avqust

Şaxtyor (Qazaxıstan) – Makkabi (Təl-Əviv, İsrail) 1:2

Rakuv (Polşa) – Gent (Belçika) 1:0

KuPS (Finlandiya) – Union Berlin (Almaniya) 0:4

Qarabağ (Azərbaycan) – Aberdin (Şotlandiya) 1:0

Flora (Estoniya) – Şemrok Rovers (İrlandiya) 4:2

LASK (Avstriya) – Sent-Conston (Şotlandiya) 1:1

Hapoel (Beer-Şeva) – Anortosis (Kipr) 0:0

Viktoriya (Çexiya) – ÇSKA (Sofiya, Bolqarıstan) 2:0

Riqa (Latviya) – Linkoln (Cəbəllütariq) 1:1

Neftçi (Azərbaycan) – Makkabi (Hayfa, İsrail) 3:3

Jalgiris (Litva) – Bodo Qlimt (Norveç) 2:2

Fola (Lüksemburq) – Kayrat (Qazaxıstan) 1:4

Trabzonspor (Türkiyə) – Roma (İtaliya) 1:2

Bazel (İsveçrə) – Hammarbü (İsveç) 3:1

Yablonets (Çexiya) – Jilina (Slovakiya) 5:1

Sivasspor (Türkiyə) – Kopenhagen (Danimarka) 1:2

PAOK (Yunanıstan) – Riyeka (Xorvatiya) 1:1

Feyenoord (Niderland) – Elfsborq (İsveç) 5:0

Anderlext (Belçika) – Vitess (Niderland) 3:3

Renn (Fransa) – Rusenborq (Norveç) 2:0

Pasuş de Ferreyra (Portuqaliya) – Tottenhem (İngiltərə) 1:0

Santa Klara (Portuqaliya) – Partizan (Serbiya) 2:1

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: