İspaniya Sequndasının 41-ci turunun “Burqos”la oyununda 3:2 hesablı əzmkar qələbə “Levante” üçün toy-bayrama çevrilib.
Arena.az məlumat verir ki, bu qələbə sayəsində sözügedən komanda yarış cədvəlinin zirvəsindəki mövqeyini möhkəmlədərək, İspaniya La Liqasına yüksəlib.
Yarışın başa çatmasına bir tur qalmış “Levante” 76 xalla Sequndanın yarış cədvəlinə başçılıq edir. 42-ci turun “Eybar”la ev oyunu bu komanda üçün yalnız Sequndanın çempionluğunu qazanmaq baxımından həlledici olacaq.
Xatırladaq ki, “Levante” 2021/2022-ci illər mövsümündə İspaniya La Liqasını tərk etmişdi.
Sequndadan La Liqaya vəsiqə verən digər iki yerə isə altı komanda – “Elçe”, “Ovyedo”, “Mirandes”, “Rasinq”, “Almeriya” və “Qranada” iddia edirlər. Məsələ sonuncu, 42-ci turda və sonrakı ələmə oyunlarında həllini tapacaq.


