Liam Rosenyor Fransa klubunun baş məşqçisi oldu – Rəsmi

İngiltərəli futbol mütəxəssis Liam Rosenyor bundan sonra Fransanın “Strasburq” komandasının baş məşqçi postunda çalışacaq.

Arena.az xəbər verir ki, bu barədə Liqa 1 təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.

40 yaşlı məşqçi ilə 3 illik (2027-ci ilin 30 iyununa qədər) müqavilə imzalanıb. O, bu postda Fransa yığmasının keçmiş futbolçusu Patrik Vieyranı əvəzləyib. Hansı ki, o, bu yay postundan ayrılmağa qərar vermişdi.

Xatırladaq ki, Liam Rosenyor son olaraq İngiltərənin “Hall Siti” komandasını çalışdırıb. O, 2022-ci ilin noyabr ayından rəhbərlik etdiyi bu komandanı bu ilin mayında tərk edib. Rosenyor buna qədər “Brayton” və “Derbi Kaunti”də köməkçi-məşqçi kimi də çalışıb.

Qeyd edək ki, “Strasburq” ötən mövsüm Liqa 1-i 13-cü sırada başa vurub.

Xəbəri sosial şəbəkələrdə paylaş: