Bu gün futbol üzrə Avropa Liqasında 2023/2024 mövsümünün 1/8 final mərhələsinin ilk qarşılaşmalarına yekun vurulub.
Arena.az xatırladır ki, bu mərhələnin bir oyunu öncəki gün “Sportinq” və “Atalanta” arasında baş tutmuşdu.
Bu gün isə qalan yeddi matç baş tutub. Azərbaycan çempionu “Qarabağ” evdə “Bayer”lə heç-heçə oynayıb. “Benfika” – “Reyncers” matçı da oxşar hesabla yekunlaşıb. “Frayburq” isə “Vest Hem”i minimal hesabla məğlub yola salıb.
“Liverpul” “Sparta”ya böyük hesabla qalib gəlib. “Roma” “Brayton”un, Marsel “Olimpik”i isə “Vilyarreal”ın qapısından 4 cavabsız top keçirib. 6 qolun vurulduğu qarşılaşmada “Milan” “Slaviya” üzərində inamlı qələbəyə sevinib.
Qeyd edək ki, Avropa Liqasında 1/8 final mərhələsinin cavab görüşləri martın 14-də keçiriləcək.
Avropa Liqası
1/8 finalın ilk oyunları
6 mart
Sportinq (Portuqaliya) – Atalanta (İtaliya) 1:1
Qollar: Paulinyo, 17 – Skamakka, 39
7 mart
Roma (İtaliya) – Brayton (İngiltərə) 4:0
Qollar: P.Dibala, 13. R.Lukaku, 43. C.Mançini, 64. B.Kristante, 68.
Qarabağ (Azərbaycan) – Bayer (Almaniya) 2:2
Qollar: Y.Benzya, 26, O.Juninyo, 45+2 – F.Virts, 70, P.Şik, 90+2.
Sparta (Praqa, Çexiya) – Liverpul (İngiltərə) 1:5
Qollar: K.Bredli, 46-öz qapısına – A.Makallister, 6-pen. D.Nunyes, 25; 45+3. L.Dias, 53. D.Soboslai, 90+4.
Milan (İtaliya) – Slaviya (Praqa, Çexiya) 4:2
Qollar: O.Jiru, 34. T,Reynders, 44, R.Loftus-Çik, 45+1. K.Pulişiç, 85 – D.Dudera, 36. İ.Ştrans, 65.
Benfika (Portuqaliya) – Reyncers (Şotlandiya) 2:2
Qollar: A.Di Mariya, 45+2. K.Koldson, 67 – T.Lorens, 7. D.Sterlinq, 45+5.
Frayburq (Almaniya) – Vest Hem (İngiltərə) 1:0
Qol: M.Qreqoriç, 81.
Olimpik (Marsel, Fransa) – Vilyarreal (İspaniya) 4:0
Qollar: C.Veretu, 23. Y.Moskera, 28-öz qapısına. Obameyanq, 42-pen; 59.


