Luis de la Fuente İtaliya üzərində qələbəni şərh etdi

İspaniya yığmasının baş məşqçisi Luis de la Fuente AÇ-2024-ün qrup mərhələsinin 2-ci turunda İtaliya yığması ilə oyunu (1:0) şərh edib.

Arena.az AS dərgisinə istinadən, ispan mütəxəssisin bu barədə fikirlərini təqidm edir:

“Mən şadam və bu oyunçularla fəxr edirəm. Ötən gün dedim ki, oynamaqdan, qalib gəlməkdən yorulmurlar və bunu bir daha sübut etdilər. Oyun çətin keçdi. Oyunun bütün mərhələlərində üstün olduq, çoxlu imkanlar yaratdıq, amma hesabdakı fərq böyük deyil. Avropa çempionatında hər oyun fərqlidir. Biz tərrəqimiz üçün yer olduğunu anlayaraq, eyni təvazökarlıqla işləməyə davam etməliyik. Növbəti oyunlar təkmilləşdirmə tələb edəcək və futbolçularımız buna qadirdirlər”, deyə Luis de la Fuente vurğulayıb.

2-ci turdan sonra “B” qrupunun yarış cədvəli belə mənzərə yaradır:

  1. İspaniya – 6 xal
  2. İtaliya – 3 xal
  3. Albaniya – 1 xal
  4. Xorvatiya – 1 xal

Vurğulayaq ki, İspaniya yığması bu qələbə sayəsində Avropa çempionatının 1/8 final mərhələsinə vəsiqəsini rəsmiləşdirib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: