Misir milli komandasının sağ cinah müdafiəçisi Məhəmməd Hani futbol üzrə dünya çempionatları tarixində arzuolunmaz rekorda imza atıb.
Arena.az xəbər verir ki, 30 yaşlı futbolçu DÇ-2026-nın 1/16 final mərhələsində Avstraliyaya qarşı keçirdikləri görüşdə avtoqol müəllifi olub.
Bununla da o, eyni dünya çempionatında ikinci dəfə topu öz qapısından keçirib.
Hani turnirin qrup mərhələsində Belçika ilə 1:1 hesabı ilə başa çatmış qarşılaşmada da avtoqolla yadda qalmışdı. Beləliklə, o, dünya çempionatlarının final mərhələləri tarixində karyerası ərzində iki avtoqol vurmuş ilk futbolçu kimi antirekordun sahibi olub. Buna qədər heç bir oyunçu mundialların final mərhələlərində birdən çox dəfə öz qapısına qol vurmayıb.
Məhəmməd Hani peşəkar karyerası ərzində yalnız Misirin “Əl-Əhli” klubunun formasını geyinib. Klubun yetirməsi olan müdafiəçi uzun illərdir komandanın əsas oyunçularından biridir və dəfələrlə Misir çempionluğu, ölkə kuboku, həmçinin Afrika Çempionlar Liqası çempionluğu sevinci yaşayıb.
Misir millisində 2019-cu ildə debüt etmiş Hani hazırda yığmanın aparıcı müdafiəçilərindən hesab olunur. Avstraliya ilə oyun onun milli komandada 46-cı qarşılaşması olub.


