Məhsəti Həmzəyeva beynəlxalq turnirə qələbə ilə başladı

Qadın boksçulardan ibarət Azərbaycan millisinin üzvü Məhsəti Həmzəyeva Polşada keçirilən beynəlxalq turnirə qələbə ilə başlayıb.

Arena.az xəbər verir ki, Pultusk şəhərində təşkil olunmuş yarışda yığmamızın üzvlərindən ilk olaraq rinqə Məhsəti Həmzəyeva çıxıb.

57 kq çəki dərəcəsində mübarizə aparan xanım boksçumuz ilk döyüşündə qələbə qazanıb. O, 1/8 final çərçivəsində ukraynalı Tatyana Kravçiki sınağa çəkib. Həmzəyeva ikinci raundda rəqibini tam üstünlüklə məğlub edib. Yığma üzvü yarışın 3-cü günündə Svetlana Staneva (Bolqarıstan) ilə üz-üzə gələcək.

Bu gün həmçinin millimizin boksçularından Mehparə Məmmədova (48 kq) Olqa Şlimovanı (Ukrayna), Anaxanım İsmayılova (50 kq) Zlatislava Çukanova-Giorgiyevanı (Bolqarıstan), Zeynəb Rəhimova (57 kq) Teresa Makineni (Finlandiya), Şəhla Allahverdiyeva (66 kq) Asuteya Ausiuteni (Litva), Aynur Rzayeva (75 kq) Kerri Devisi (İngiltərə) sınağa çəkəcək.

Xatırladaq ki, yarışın qalibləri mayın 26-da bəlli olacaq.

Xəbəri sosial şəbəkələrdə paylaş: