Madrid “Real”ı La Liqada 22 oyundur məğlub olmur

İspaniya La Liqasının 28-ci turunda “Selta”ya qarşı oyun (4:0) İspaniya nəhəngi Madrid “Real”ı üçün əlamətdar olub.

Arena.az məlumat verir ki, qələbə sayəsində “Real” La Liqa çərçivəsində keçirdiyi məğlubiyyətsiz oyunların sayını 22-yə çatdırıb.

Sonuncu dəfə “Real” La Liqa oyununda otən ilin sentyabrın 24-də məğlub olub. Bu, 6-cı tur çərçivəsində “Atletiko” ilə səfər oyununda baş verib – 1:3. Yarışın növbəti 22 oyununda “qaymaqlılar” “Las-Palmas” (2:0, 2:1), “Jirona” (3:0, 4:0), “Osasuna” (4:0), “Barselona” (2:1), “Valensiya” (5:1), “Kadis” (3:0), “Qranada” (2:0), “Vilyarreal” (4:1), “Alaves” (1:0), “Malyorka” (1:0), “Xetafe” (2:0), “Sevilya” (1:0) və “Selta” (4:0) üzərində qələbələr qazanıblar. “Sevilya” (1:1), “Rayo Valyekano” (0:0, 1:1), “Betis” (1:1), Madrid “Atletiko”su (1:1) və “Valensiya” (2:2) ilə oyunlarda isə “Real” heç-heçə oynayıb.

Hazırda “Real” 28 oyundan 69 xalla La Liqanın yarış cədvəlinə inamla başçılıq edir. “Kral klubu” ən yaxın izləyicisi “Jirona”nı (62 xal) 7 xal qabaqlayır.

Madrid “Real”ı növbəti, 29-cu tur çərçivəsində “Osasuna”nın qonağı olacaq.

Xəbəri sosial şəbəkələrdə paylaş: