Futbol üzrə Azərbaycan millisinin hücumçusu Mahir Emreli Türkiyə Super Liqasında mübarizə aparan “Konyaspor”da növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, sözügedən kollektiv bu gün Super Liqanın 33-cü turu çərçivəsində “Kayserispor” ilə qarşılaşıb.
Futbolçumuzun komandası bu rəqiblə doğma meydanda qarşılaşıb. Dörd qolun qeydə alındığı qarşılaşmada qalib müəyyənləşməyib – 2:2.
Mahir Emreli bu görüşə start heyətdə başlayıb və 56-cı dəqiqədə əvəzlənib.
Bu nəticədən sonra “Konyaspor” Super Liqada 19 iştirakçı arasında 46 xalla 7-ci pillədə qərarlaşıb. “Kayserispor” isə 49 xalla 6-cıdır.


