Futbol üzrə Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin komandası – “Dinamo” (Zaqreb) növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, futbolçumuzun komandası bu gün Xorvatiya kubokunun 1/16 final mərhələsi çərçivəsində “Ponikve” ilə qarşılaşıb.
Səfərdə baş tutan bu oyun Zaqreb təmsilçisinin qələbəsi ilə başa çatıb – 4:1.
Emreli bu matçın iştirakçısı olmayıb. Bu mövsüm 3 qol vurub, 2 məhsuldar etmiş azərbaycanlı futbolçu kubok görüşündə sonadək ehtiyatda qalıb.
Xatırladaq ki, Mahir Emreli “Dinamo”ya 2022-ci ilin fevral ayında Polşanın “Legiya” (Varşava) klubundan transfer olunub. O, bu komandanın heyətində bütövlükdə 35 matça çıxıb, 8 qol vurub, 4 məhsuldar ötürmə müəllifi olub.


