Türkiyənin “Fənərbaxça” klubunun yarımmüdafiəçisi Maks Meyer karyerasını Danimarkada davam etdirəcək. Arena.az xəbər verir ki, 26 yaşlı futbolçu “Midtyulland”a keçib.
Bu barədə hər iki klubun rəsmi saytı məlumat yayıb. Yarımmüdafiəçi mövsümün sonuna qədər icarə əsasında “Midtyulland”ın uğurları üçün çalışacaq. Danimarka klubu sözügedən oyunçunu satınalma şərti ilə heyətinə qatıb.
Maks Meyer bu mövsümün əvvəlində Almaniyanın “Köln” klubundan “Fənərbaxça”ya transfer olunmuşdu. Alman futbolçu bu komandanın heyətində bütün turnirlər çərçivəsində cəmi 12 oyuna çıxıb, 1 qol vurub. Almaniya yığmasında da oynamış yarımmüdafiəçi, əvvəllər “Şalke” və “Kristal Pelas” klublarının da formasını geyinib.


