Argentinalı hücumçu Maksi Lopes futbolçu karyerasını başa vurub. Arena.az xəbər verir ki, 37 oyunçu barədə sosial şəbəkə hesabında məlumat yayıb.
Maksi Lopes peşəkar kayrerasına 2001-ci ildə yetirməsi olduğu “River Pleyt”də başlayıb. 2005-ci ildə isə o, İspaniyanın “Barselona” klubuna transfer olunub. Forvard Kataloniya klubunda olduğu dönəmdə İspaniyanın digər təmsilçisi “Malyorka”ya icarəyə də verilib.
Argentinalı futbolçunun karyerasının böyük hissəsi İtaliyaya aiddir. O, bu ölkədə “Kataniya”, “Milan”, “Sampdoriya”, “Torino”, “Kyevo”, “Udineze” və “Krotone” klublarının formasını geyinib. Forvard Rusiyada “Moskva”, Braziliyada “Qremio”, “Vasko da Qama” kimi klublarda da legioner həyatı yaşayıb. Lopes son olaraq İtaliyada aşağı liqa təmsilçisi “Sambenedetteze” klubunun uğurları üçün çalışıb.