Manolo Romero “Real”la bağlı maraqlı iddiası ilə diqqət çəkdi

“Real”ın keçmiş skautu Manolo Romero “qaymaqlılar”ın indiki və keçmiş hücum xəttini müqayisə edib, iddiası ilə diqqət çəkib.

Arena.az “Sport.es” dərgisinə istinadən, Romeronun bu barədə fikrini təqdim edir:

“Düzünü desəm, Rodriqo Qoes çox qeyri-sabitdir. O, möhkəmlənməyib. O, “Mançester Siti” ilə keçirdiyi sehrli anları yaşayır. Amma bu, “Real”dır. Bu, başqa bir səviyyədir. Bu gün komandada Qaret Beyl, Kristiano Ronaldo və Kərim Benzema olsaydılar, Vinisius Junior və Rodriqo Qoes ehtiyat oyunçular skamyasında oturardılar.

Bəlkə də bu səviyyəyə yaxınlaşa biləcək yeganə şəxs, öz idman formasının zirvəsində ikən Kilian Mbappedir”, deyə Manolo Romero iddia edib.

18 oyundan 40 xalla “Real” İspaniya La Liqasının yarış cədvəlində 2-ci pillədə qərarlaşıb. “Kral klubu” 41 xalla zirvədə qərarlaşmış Madrid “Atletiko”sunu daban-dabana təqib edir.

Xəbəri sosial şəbəkələrdə paylaş: