Marino Puşiç: “Barselona” ilə bərabər mübarizə apardıq”

“Şaxtyor”un yeni baş məşqçisi Marino Puşiç Çempionlar Liqasının 3-cü turunda “Barselona” ilə oyunda (1:2) məğlubiyyətini şərh edib.

Arena.az UEFA-nın rəsmi saytına istinadən Puşiçin bu barədə fikirlərini təqdim edir:

“Komandam çox duyğular yaşadı. Bir neçə gün ərzində onların üç məşqçisi olub. Onlar futbolçudurlar, amma həm də insandırlar – onların duyğuları olduğunu unutmaq olmaz. Onlar meydana çıxdılar və bu axşam “Barselona” ilə bərabər rəqabət apardılar və mən bununla fəxr edirəm. Futbolçular mənim istədiyim hər şeyi etdilər. Onlar əziyyət çəkdikləri zaman cəsarət göstərdilər və bir-birlərinə böyük dəstək oldular. Topsuz yaxşı təpgi etdik. Düşünürəm ki, onlar fərdilik və potensial nümayiş etdirdilər və mən bundan çox məmnunam”, deyə Puşiç komandasının məğlubiyyətinə rəğmən, razılıqla danışıb.

“Şaxtyor” üzərində qələbə “Barselona”ya 9 xalla “H” qrupunda mütləq liderliyi təmin etməyə imkan verib. “Portu” 6 xalla 2-ci, “Şaxtyor” 3 xalla 3-cü yerdə qərarlaşıb. Xalsız “Antverpen” isə qrupun aşkar “qapazaltı”sıdır.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: