Maruan Hadudi rəsmən “Sabah”da!

Mərakeşin “Raca Kasablanka” klubunun mərkəz müdafiəçisi Maruan Hadudi bundan sonra “Sabah”ın formasını geyinəcək.

Arena.az xəbər verir ki, bu barədə paytaxt klubunun rəsmi saytı məlumat yayıb.

Mərakeşli futbolçu ilə 1+1 illik müqavilə imzalanıb. 31 yaşlı futbolçu yeni komandasında 24 nömrəli formada çıxış edəcək.

Maruan Hadudi karyerası ərzində Mərakeşin “Rasinq Kasablanka”, “Berkan”, “Difaa” və “Raca Kasablanka” klublarında oynayıb.

“Sabah” daha öncə Rəhman Daşdəmirov, Sofian Çakla, Vensan Till və Jarl Marqaritanı da heyətinə qatmışdı. Şakir Seyidov “Turan Tovuz”dan icarədən qayıdıb, Kristian da Silva ilə də yeni müqavilə imzalanıb. Abdulaye Ba, Zurab Oçiqava, Bəxtiyar Həsənalızadə isə komandanı tərk edib. Abdulla Rzayev də “Araz Naxçıvan”a icarəyə verilib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: