Maruan Hadudi “Sabah”a lazım olmadı

Azərbaycanı Avropa Konfrans Liqasında təmsil edəcək “Sabah” mərkəz müdafiəçisi Maruan Hadudi ilə yollarını ayırıb.

Arena.az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.

Mərakeşli futbolçu ilə mövsümün sonunda başa çatan müqavilənin müddəti artırılmayıb. “Sabah” Maruana kluba xidmətlərinə görə təşəkkür edib, ona gələcək karyerasında uğurlar arzulayıb.

Xatırladaq ki, Maruan Hadudi “Sabah”a 2023-cü ilin yayında Mərakeşin “Raca Kasablanka” klubundan gəlmişdi. 32 yaşlı futbolçu paytaxt təmsilçisinin heyətində 18 oyuna çıxıb, 1 məhsuldar ötürmə müəllifi olub.

Maruan Hadudi karyerası ərzində Mərakeşin “Rasinq Kasablanka”, “Berkan”, “Difaa” və “Raca Kasablanka” klublarında da oynayıb.

“Sabah” daha öncə Davit Volkov (“Zirə”), Kristian Sebalyos və Kristian da Silva ilə də yollarını ayırmışdı. Rauf Rüstəmli isə “Şamaxı”ya icarəyə verilib.

Əvəzində Kahim Parrisin (“Dinamo”, Kiyev, Ukrayna) transfer hüquqları alınıb, Coy-Lens Mikels (“Əl-Faysal”, Səudiyyə Ərəbistanı) və İvan Lepinitsa (“Slaven Belupo”, Xorvatiya) isə heyətə cəlb olunub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: