Matey Kovar “Mançester Yunayted”i “Bayer”ə dəyişdi

İngiltərənin “Mançester Yunayted” klubunun qapıçısı Matey Kovar bundan sonra “Bayer”in uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, bu barədə Almaniya klubunun rəsmi saytı məlumat yayıb.

Çexiyadan olan 23 yaşlı qolkiper Bundesliqa təmsilçisi ilə 4 illik müqavilə bağlayıb. “Bayer” bu keçidə görə “Mançester Yunayted”ə 5 milyon avro ödəyib.

Matey Kovar 2018-ci ilin yanvarından “Mançester Yunayted”də olsa da, İngiltərə nəhənginin əsas komandasında debüt şansı qazanmayıb. O, “qırmızı şeytanlar”ın U-18, U-19 və U-21 komandalarında, eləcə də “Sparta” (Praqa), “Suindon Taun” və “Barton” kimi klublarda forma geyinib. Çexiyanın müxtəlif yaş qrupları üzrə yığmalarında oynamış Kovar əsas millidə debüt etməyib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: