Futbol üzrə Meksika yığması CONCACAF Millətlər Liqasının 2024/2025-ci illər mövsümünün çempionluğunu qazanıb.
Arena.az məlumat verir ki, “asteklər” həlledici oyunda Panama yığmasını “göyə atıblar”.
Oyunda hesabı 8-ci dəqiqədə “Fulhem”in 33 yaşlı mərkəz hücumçusu Raul Ximenes açıb. 45+2-ci dəqiqədə “UNAM Pumas”ın 26 yaşlı mərkəz hücumçusu Adalberto Karraskilya bərabərliyi təmin edib. Məsələnin hələ uzanacağı təxmin edilən bir mənzərədə isə Panama yığması əllə aşkar oyunun güdzına gedib. Ximenes hakimin təyin etdiyi penaltini oyunun 90+2-ci dəqiqəsində qola çevirərək, Meksika yığmasının qələbəsini təmin edib.
Bu, Meksika yığmasının CONCACAF Millətlər Liqasında ilk qalibiyyətidir. Mütləq rekordçu isə ABŞ yığmasıdır. “Yankilər” üç dəfə (2021, 2023, 2024) CONCACAF Millətlər Liqasında çempionluq qazanıblar.
Qələbə nəticəsində Meksika yığması CONCACAF Qızıl Kuboku və Amerika Kubokunda iştirakını da təmin edib.
Üçüncü yer uğrunda keçirilmiş oyunda isə Kanada yığması ABŞ yığmasını məğlub edib – 2:1.


