Motta “Mançester Siti” üzərində qələbəni şərh etdi

“Yuventus”un baş məşqçisi Tyaqo Motta Çempionlar Liqasının Liqa mərhələsində “Mançester Siti”yə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, ÇL-in Liqa mərhələsinin 6-cı turu çərçivəsində Turində keçirilmiş bu oyun meydan sahiblərinin inamlı qələbəsi (2:0) ilə başa çatıb.

İtaliya nəhənginin braziliyaəsilli italyalı baş məşqçisi matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Biz çoxlu ruhla, eyni zamanda zəka və hər xüsusu dürüst və düzgün icra etmək istəyi ilə oynadıq. Hücumda birlikdə çalışdıq və gərəkli məqamda zərbə endirdik. Bu, layiqli qələbədir. Bu gün biz bəzi futbolçuları da işə qaytardıq, həkimlərimiz isə digər oyunçuların bərpası üçün əllərindən gələni edirlər”, deyə Tyaqo Motta vurğulayıb.

6 oyundan 11 xal toplamış “Yuventus” Çempionlar Liqasının Liqa mərhələsinin yarış cədvəlində 14-cü pillədə qərarlaşıb. “Mançester Siti” isə 8 xalla 22-ci pillədədir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: