Sabah futbol üzrə Azərbaycan Birinci Divizionunda 2020/21 mövsümünün mükafatlandırılma mərasimi keçiriləcək.
Arena.az xəbər verir ki, mükafatlandırılma mərasimi son turun “Zaqatala” – “Neftçi-2” görüşündən sonra “Neftçi” Futbol Mərkəzinin 4-cü meydançasında baş tutacaq.
Bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb.
Mərasimdə müvafiq olaraq “Turan Tovuz”a bürünc, “Zaqatala”ya gümüş, “Neftçi-2”yə isə qızıl medallar və kubok təqdim olunacaq.


